Nəqliyyat Nazirliyi: Tarif Şurasına müraciət etməmişik və etməyəcəyik

18:05 | 05.12.2013
Nəqliyyat Nazirliyi: Tarif Şurasına müraciət etməmişik və etməyəcəyik

Nəqliyyat Nazirliyi: Tarif Şurasına müraciət etməmişik və etməyəcəyik

“İctimai fikri çaşdırmayın”.Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib və etməyəcək.ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Nəqliyyat  Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.O bildirib ki, son zamanlar da bəzi KİV-lərdə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən ictimai nəqliyyatda qiymətlərin qaldırılması ilə bağlı yalnış məlumatlar gedir.“Birmənalı şəkildə bildirmək istəyirəm ki, Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib və etməyəcək. O ki qaldı süni şəkildə qiymət artıranlara, tərəfimizdən onlara qarşı çox ciddi mübarizə aparılır. Belə bir şey yoxdur. İctimai fikri çaşdıran məsələlərə yol verilməməlidir. Ona görə də  bu məsələyə düzgün yanaşmaq lazımdır. Əgər kimsə qiymət artımına yol verərsə, bununla bağlı “qaynar xətt” vasitəsi ilə bizə məlumat versinlər”,- deyə nazirlik sözcüsü bildirib.Son günlər benzinin qiymətinin bahalaşması ilə əlaqədar bəzi marşrutlarda süni qiymət artımı müşahidə edilir. Bir sıra sürücülər özbaşına gedişhaqlarını qaldırıblar. Amma Nəqliyyat Nazirliyi gediş haqqının artırlması ilə bağlı Tarif Şurasına müraciət etməyəcəyini dəfələrlə vurğulayıb və belə sürücülərlə bağlı tədbir görüləcəyini bəyan edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM