Axşam saatlarında metro stansiyalarının çıxışlarında sözün əsl mənasında izdiham yaşanır. Xüsusilə “Xalqlar dostluğu” və “Nefçilər” metro stansiyalarının çıxışında insanlar avtobusa minib evinə getmək üçün bir-biriylə yarışmaq, çox halda isə kobudluq etmək məcburiyyətində qalır. Əks halda mənzil başına çatmaq müşkülə çevrilir.Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bunu sərnişinlərin çox olması ilə izah edir: “İnsanlar həddindən artıq çoxdur. Onları daşıyıb qurtarmaq olmur. Sürücülərə qapılar açıq vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə icazə verilmir. Çox təəssüf ki, bəzən sərnişinlərr sürücünü buna vadar edirlər. Biz xəttə nə qədər çox avtobus çıxartsaq da, xeyri olmayacaq. Buna görə də alternativ nəqlliyyat vasitələrindən istifadə edilməlidir. Əgər həmin istiqamətdə paralel nəqliyyat vasitəsi yoxdursa, biz o məsələni aydınlaşdırarıq. Az öncə keçirilən iclasda marşrutların optimallaşdırılması ilə bağlı göstəriş veirlib. Hər halda, deyilənlər nəzərə alınacaq. Müzakirələr əsasən Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarına hazırlıq prosesi ilə bağlı idi. Marşurut məsələsi də əsas mövzu kimi müzakirə olundu. Həm avtobusların yenilənmməsi, həm də hərəkət sxemlərinə xüsusi nəzarət olunması qərara alınıb. Olimpiya oyunları “Koroğlu” stansiyasına yaxın ərazidə keçiriləcəyindən, düşünürəm ki, siz deyən əraziyə yaxın olduğundan orada insanların rahatlığı üçün xüsusi tədbirlər görüləcək”.Nazirlik rəsmisi avtobuslardakı natəmizlik məsələsinə də aydınlıq gətirib: “Avtobuslar hər gün qarajlardan yuyulub çıxarılır. Qaraja təhkim olunmayan avtobuslara isə sahibkarlar nəzarət edir. Bununla bağlı nazirliyin xüsusi tapşırığı var, sərnişin avtobuslarının həm daxili, həm də xarici təmiz olmalıdır. Bu məslələrdə günahın çoxu vətəndaşların öz üzərinə düşür. Vətəndaş günəbaxan tumundan tutmuş qatığa qədər hər şeyi avtobusla daşıyır. Buna görə də avtobuslar çirklənir. Əslində reyd qabağı avtobuslar tər-təmiz vəziyyətdə olur. Lakin xəttə çıxandan sonra ora minib-düşən insanlar müəyyən mənada avtobusun çirklənməsinə səbəb olurlar. Biz dəfələrlə demişik, nəinki çirkləndirirlər, hətta oturacaqları cırır və dağıdırlar. Sonra da səliqəsizlikdən şikayət edirlər”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !