Nəqliyyat Nazirliyinin böyük layihəsi puç oldu?

15:00 | 29.08.2014
Nəqliyyat Nazirliyinin böyük layihəsi puç oldu?

Nəqliyyat Nazirliyinin böyük layihəsi puç oldu?

Nəqliyyat Nazirliyinin ən böyük layihələrindən biri - "nəqliyyat kartları"nın tətbiqinə bu ilin yanvar ayından start verilib. İlkin mərhələdə həmin yenilik yalnız iki marşrutda (10 və 95 saylı avtobuslarda) istifadə edilirdi. Nazirliyin məlumatına görə, yanvarın sonuna qədər yenilik 743 avtobusun işlədiyi 40 marşrut xəttində tətbiq edilməyə başladı.Ancaq şəhər sakinlərinin sevinci çox çəkmədi. Əgər 2-3 ay əvvələ qədər şəhər sakinləri nəqliyyat kartlarının balansını POS terminallar vasitəsi ilə artıra bilmirdilərsə, indi "kart məsələsi" daha ciddi problemə çevrilib.Hər şey ardıcıllıqlaNəqliyyat kartlarının balansını yalnız satış nöqtələrində ("Bank of Azerbaijan"ın filiallarında, ticarət köşklərində və "Qasid" köşklərində) artırmaq mümkündür.Balansın artırılması POS terminallar vasitəsi ilə də həyata keçirilirdi. Karta minimum 1 manat yükləmək olur. Komissiya haqqı isə tutulmurdu. Əlbəttə ki, daha rahat balans artırmaq imkanı olan yerdə heç kim növbələrdə vaxt itirmək istəmirdi. Ancaq köşklərdə də balans artırmaq elə də sadə deyildi.Milli.Az xəbər verir ki, bir neçə ay əvvəl nəqliyyat kartları istifadəyə veriləndə Day.Az-ın əməkdaşı yeniliyi sınamaq üçün həmin kartlardan alıb. Ancaq kartı aldıqdan bir neçə ay sonra texniki problemlər yaranmağa başladı. POS terminalların işləməməsi şəhər sakinlərinin narazılığına səbəb oldu. Bu gün problem hələ də həll edilməyib. Yüzlərlə "yol kart" sahibi pul xərcləməsinə baxmayaraq, bu yenilikdən istifadə edə bilmir. Buna əmin olmaq çətin deyil. İstənilən köşkə yaxınlaşdıqda buna əmin olmaq mümkündür. Saytın əməkdaşı 15 köşkü gəzib ki, kartına pul yükləsin, ancaq onlardan heç birində bu işi görə bilməyib. Bu hələ dərdin yarısıdır. Köşklərin bəzilərindən POS terminalları geri götürüblər.Satıcılardan biri deyir ki, bu yaxınlarda Nəqliyyat Nazirliyinin əməkdaşı köşkə yaxınlaşıb və POS terminalı geri götürüb. Qurğu artıq 2 aydan çox idi ki, işləmirdi."Hər dəfə kimsə müraciət edəndə deyirdim ki, POS terminal işləmir. Bu "Bank of Azerbaijan"ın daxili sistemi ilə əlaqədar idi. Fevral ayından bəri məndə 180 nəqliyyat kartı qalıb. Bizə 200 kart vermişdilər. Onlardan yalnız 20-ni sata bilmişəm. İndi də heç kim bu barədə soruşmur", - satıcı deyib.Jurnalistin maraqlandığı 15 köşkün 7-də terminal olmayıb. Bütün satıcılar deyirdilər ki, aparatı nazirliyin işçiləri götürüblər. Terminalların nəyə görə götürüldüyünü isə satıcılar bilmirdilər."İçərişəhər" metro stansiyasının yanındakı köşkün satıcısı bildirib ki, bir dəfə yaşlı qadın yaxınlaşaraq balansı artırmağı xahiş edib. "Terminal işləmir" cavabı qadını özündən çıxarıb. Həmin qadın Nəqliyyat Nazirliyinə şikayət etmişdi. Nazirlikdən söz verdilər ki, terminalı bərpa edəcəklər, ancaq bir müddət sonra hər şey yaddan çıxdı.Maraqlıdır, görəsən, nəyə görə nəqliyyatçılar aparatları geri götürüblər? İndi sərnişinlər kartların balansını necə artırsınlar?Bu sualların cavabını öyrənmək üçün saytın əməkdaşı Nəqliyyat Nazirliyinin katibliyinin müdiri Namiq Həsənovla əlaqə saxlamağa çalışıb. Dəfələrlə edilən zənglərə heç bir cavab olmayıb. "Bank of Azerbaijan"ın marketinq şöbəsində də suallara cavab verən taplmadı.Qeyd edək ki, nəqliyyat kartlarının qiyməti 3 manatdır. 2 manat sığorta depoziti, bir manat isə balansdır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti