Nəqliyyat nazirliyinin işçisi jurnalistlərə hücum çəkdi - FOTOLAR

09:47 | 30.01.2014
Nəqliyyat nazirliyinin işçisi jurnalistlərə hücum çəkdi - FOTOLAR

Nəqliyyat nazirliyinin işçisi jurnalistlərə hücum çəkdi - FOTOLAR

Ötən gecə Bakıda  yol qəzası baş verib. Anspress-in məlumatına görə, Heydər Əliyev prospektində “Mercedes” markalı, 01 BL 348 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yol kәnarındakı arakәsmәyә çırpılıb. Qəza zamanı xoşbəxtlikdən sürücü Vidadi Pәnah oğlu İsmayılova cidid zərər dəyməyib. Lakin avtomobil yararsız hala düşüb.Qeyd edək ki, qəzadan sonra qəribə hadisə baş verib. Avtomobili əzilən Vidadi İsmayılov əsəbləşərək, hirsini hadisəni çəkmək istəyən jurnalistlərdən çıxıb. O, qəfil müxbirlərə hücum edib. Orada olan yol polisləri sürücünü birtəhər sakitləşdirə biliblər. Deyilənlərə görə, hadisə zamanı kanallardan birinin operatorunun kamerası da sınıb.Faktla bağlı araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM