Nərimanov rayonunda binada yanğınla bağlı xəsarət alanların vəziyyəti açıqlanıb

10:02 | 01.04.2024
Nərimanov rayonunda binada yanğınla bağlı xəsarət alanların vəziyyəti açıqlanıb

Nərimanov rayonunda binada yanğınla bağlı xəsarət alanların vəziyyəti açıqlanıb

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında xəsarət alanların vəziyyəti açıqlanıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

Yanğından xəsarət alan və Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən 23 nəfərdən 18-nə ilkin tibbi yardım göstərilib, evə buraxılıb. Qalan 5 nəfərin müalicəsi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır stabil qiymətləndirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM