Nərimanov rayonu ərazisində yerləşən bir neçə küçədə təmir işləri davam etdirilir.
Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-dən Oxu.Az-a verilən məlumata əsasən, təmirinə başlanılan Çernyavski və Arif Heydərov küçələrində asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb.
İsmayıl Hidayətzadə küçəsində səki daşları yenilənib, mövcud asfalt-beton örtük qaşınaraq ərazidən kənarlaşdırılıb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir.
Axşam saatlarınadək ərazidə asfalt-beton işlərinin yekunlaşdırılması planlaşdırılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !