Nərmanovda yaşayanlara ŞAD XƏBƏR

12:09 | 21.01.2020
Nərmanovda yaşayanlara ŞAD XƏBƏR

Nərmanovda yaşayanlara ŞAD XƏBƏR

"Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə 21-24 yanvar tarixlərində Nərimanov və Nizami rayonlarında istismarına icazə verilmiş binalarda keçiriləcək.

Eləcə də bax: Kirayə evlərin - QİYMƏTİ DƏ AÇIQLANDI - YERLƏR - MƏBLƏĞLƏR

FED.az xəbər verir ki, növbəti mobil qeydiyyat kampaniyası 815 mənzili əhatə edəcək.

Səyyar qeydiyyat xidmətindən 21 yanvar tarixində Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, 22 yanvarda saat 9:00-dan 13:00-dək Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 99 və 101, saat 14:00-dan 18:00-dək isə Nizami rayonu, E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında yerləşən binaların sakinləri yararlana biləcəklər.

Nizami rayonu üzrə kampaniya 23 yanvarda Ş. Mirzəyev, T. Abbasov və R. Teymurov küçələrinin kəsişməsində, 2444-cü məhəllə, 24 yanvarda isə E.Süleymanov küçəsi, 59 ünvanlarındakı çoxmənzilli binalarda davam etdiriləcək və ümumilikdə 815 mənzili əhatə edəcəkdir.

Mənzillərini dövlət reyestrində qeydiyyata almaq istəyənlər şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı olmaqla ilkin sənədlərlə mobil ofislərə müraciət edə bilərlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb