Netanyahu ABŞ və digər Qərb ölkələrini günahlandırdı

21:45 | 26.02.2015
Netanyahu ABŞ və digər Qərb ölkələrini günahlandırdı

Netanyahu ABŞ və digər Qərb ölkələrini günahlandırdı

 

 
 
ANN.Az bbc/turk-ə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ və digər ölkələrin İranla nüvə enerjisinin genişləndirilməsi mövzusunda aparılan danışıqlardan sonra, nüvə silahının daha çox yayılacağını və inkişaf edəcəyini deyərək, həmin ölkələri günahlandırıb.

"Ağ Evə və ABŞ prezidentinə hörmət edirəm", - deyən Netanyahu belə deyib: "Bu məsələdə ən vacib qərar həyatda qalıb, qalmayacağımızı müəyyənləşdirməkdir və mən İsrail üçün bu qədər böyük bir təhlükəni qarşısını alacaq hər şeyi etməliyəm".

ABŞ xarici işlər naziri Con Kerri isə baş nazirin bu fikrinin doğru olmadığını deyib və Cenevrədə nüvə danışıqlarından sonra Netanyahuya cavab verəcəyini bildirib. 

Netanyahunun gələn həftə ABŞ-a gedəcəyi deyilir, ancaq səfər zamanı prezident Barak Obama ilə görüşün keçirilməsi planlaşdırılmır. Görüşün keçirilməmə səbəbi isə Ağ Evdə seçkiqabağı iki ölkə liderlərinin görüşməsinin ənənəyə uyğun olmamasıdır.
 
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM