Netanyahu ittihamlardan sonra Obama ilə görüşə gedir

11:48 | 07.11.2015
Netanyahu ittihamlardan sonra Obama ilə görüşə gedir

Netanyahu ittihamlardan sonra Obama ilə görüşə gedir

"Altılıq” ölkələri ilə (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü+Almaniya) İran arasında rəsmi Tehranın nüvə proqramına dair sazişinə dair razılıq əldə olunduqdan sonra ABŞ-la İsrail arasında siyasi gərginlik yaşandı.

Qeyd edək ki, İsraik tərəfi bu sazişin region üşün təhlükəli olduğunu və İranın bununla nüvə arsenalını genişləndirəcəyi qənaətindədir.

İsrail hesab edir ki, İrana heç bir güzəşt edilməməlidir.

Amma ABŞ-ın da bu məsələyə reaksiyası gecikməmişdi və rəsmi şəkildə İsrailin baş naziri Benyamin Netanyahu tənqid edilmişdi.  

İranla bağlı mövqeləri haçalanan iki müttəfiq – ABŞ və İsrail arasındakı münasibətlərin aşağı səviyyədə olduğu bir vaxtda rəsmi Təl-Əviv Vaşinqtonla əlaqələri normal axarına döndərmək istəyir.  

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun bazar ertəsi Vaşinqtona səfər edəcəci və Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə görüşəcəyi gözlənilir.  

İsrail mətbuatı yazıb ki, liderlərin əsas müzakirə mövzusu Fələstin münaqişəsi fonunda ABŞ-ın Təl-Əvivə köməyi ilə bağlı olacaq.  

"Yerusalim Post” qəzeti iddia isə iddia edib ki, İsrail ABŞ-la perspektiv 10 illik üçün yardım paketini razılaşdırmaq istəyir.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM