İsrailin baş naziri Benjamin Netanyahu-nun hakim Likud Partiyası seçkidə gözlənilməz qələbə qazanıb.
Martın 18-də bülletenlərin hamısı sayılandan sonra bəlli olub ki, Likud parlamentdəki 120 yerin 30-nu qazanıb.
Ekzit-pollar Likudla müxalifətdə olan Zionist Birliyi arasında cüzi fərq olduğunu göstərirdi. Ancaq Zionost 24 qazanıb.
Seçkiqabağı rəy sorğularına görə, Likud Zionist-dən geri qalırdı.
İndi Netanyahu sağçı və dini müttəfiqləri ilə koalisiya yaradacaq. İşlək koalisiya qura bilsə, Netanyahu daha 4 il vəzifədə qalacaq və İsrailin ən uzunömürlü baş naziri olacaq.
Şərhçilər bu nəticənin Yaxın Şərq sülh prosesi üçün yaxşı olmayacağını bildirir. Seçki kampaniyasının son günündə Netanyahu and içib ki, Fələstin dövlətinin qurulmasına imkan verməyəcək.
Azadliq.org
Bizi sosial şəbəkələrdə izləyin !