Netanyahu Parlamenti buraxdı

09:59 | 03.12.2014
Netanyahu Parlamenti buraxdı

Netanyahu Parlamenti buraxdı

İsrailin baş naziri Binyamin Netanyahu hökumət böhranına görə Knesseti (parlament) buraxıb növbədənkənar seçki elan etmək niyyətindədir.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bu haqda hökumət başçısı özü bəyanat verib. İsrailin baş naziri eləcə də "Eş Atid” və "A-Tnua” partiyalarının liderlərini - ədliyyə naziri Tsipi Livna və maliyyə naziri Yaira Lapidanı nazir vəzifəsindən azad edib. Lapidanın istefası ilə bağlı qərar onunla görüşdən bir sutka sonra, Tsipi Livna ilə görüşdən isə bir neçə saat sonra verilib. Buna qədər Netanyahu HDİ lideri Aviqdor Liberman, "Eş Atid”in lideri Yair Lapid və "Bayt İequdi”nin rəhbəri Naftali Bennetlə görüşüb: "Son həftələrdə, son sutka da daxil olmaqla nazirlər Lapid və Livni mənim rəhbərlik etdiyim hökumətə hücumlar ediblər. Mən hökumət əleyhinə qarşı fəaliyyətə dözümlü olmayacağam”, - Netanyahu deyib.

Bundan əvvəl isə "Reşet Bet” radiostansiyası məlumat verib ki, Netanyahu hökumətin katibi Avixayu Mandelblitə "Eş Atid”dən olan bütün nazirlərin istefaya göndərilməsi haqda məktub hazırlamağı tapşırıb. Nazirlər Kabinetinə Lapddən başqa "Eş Atid”dən səhiyyə naziri Yael Qerman, rifah və ictimai xidmətlər naziri Meir Koen, maarif naziri Şay Piron, eləcə də elm, texnologiya və kosmos naziri Yakov Peri daxildirlər. Siyasi icmalçıların söylədiklərinə görə, "Eş Atid”dən olan nazirlər etiraz əlaməti olaraq özləri indi istefa verəcəklər.

"Eş Atid”in mətbuat xidmətində nazirlərin işdən çıxarılmasını "qorxaq akt” kimi dəyərləndirilib. Münaqişəyə səbəb isə "İsrail dövlətinin yəhudi xarakteri haqqında” qanun layihəsi ilə bağlı fikir ayrılığı olub. Knessetdə mübahisələrə səbəb olan bu sənəd ölkənin "yəhudi xarakteri” varlığının əsas baza prinsiplərindən biri olduğunu özündə əks etdirir. Qanun layihəsinə görə yəhudi qaydaları qanunvericiliyin əsası, ərəb dili isə dövlət statusu olmaqdan məhrum ediləcək.

İsrail parlamentinin buraxılması məsələsinə dekabrın 3-də baxılacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti