İsrailin baş naziri Binyamin Netanyahu fələstinlilər tərəfindən gələn təhlükəyə “sərt və effektli” cavab verəcəklərinə söz verib.ANN.Az ANS PRESS-ə istinadən məlumat verir ki, Netanyahu terrorizmlə mübarizə çərçivəsində israillilərin qalib gəlməsi üçün “qəddar, soyuqqanlı və effektli” tədbirlər görəcəyini deyib. Bu barədə "Maariv" agentliyi xəbər yayıb.“İsrail vətəndaşları sizin rifahda olmağınız üçün, bu addımlara ordu sayının artırılması, terroristlərin evlərinin sökülməsi, daş, petard, və yanan qarışıq maddələrdən ibarət şüşə atanlara qarşı çəkiləcək cəzaların sərtləşdirilməsi, daş atan uşaqların valideynlərinə cərimə daxildir”- deyə Netanyahu bildirib.Qeyd edək ki, bu gün BMT baş katibi Pan Gi Mun israilli və fələstinliləri zorakılıqdan çəkinməyə çağırıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !