Netanyahu Scholz ilə İrana qarşı mübarizə haqqında danışacaq

19:47 | 15.03.2023
Netanyahu Scholz ilə İrana qarşı mübarizə haqqında danışacaq

Netanyahu Scholz ilə İrana qarşı mübarizə haqqında danışacaq

İsrailin baş naziri Benyamin Netanyahu Almaniyaya gedir və orada almaniyalı həmkarı Olaf Şolzla görüşəcək. Bu barədə TASS agentliyi xəbər verib.

Tərəflər arasında danışıqların mövzularından biri də "İran məsələsi”, o cümlədən Tehranın nüvə silahına çıxışı kontekstində olacaq.

"Liderlər siyasət və təhlükəsizliyin müxtəlif aspektlərini, ilk növbədə İran məsələsini və regional arenada baş verənləri müzakirə edəcəklər. Netanyahu İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasının vacibliyini vurğulayacaq”, - İsrail baş nazirinin ofisi bildirib.

İsrail Nazirlər Kabinetinin rəhbərinin mətbuat xidmətinin verdiyi məlumata görə, Netanyahu yəhudi dövlətinin baş naziri vəzifəsinə başlayandan bəri ilk dəfə Şolzla görüşəcək.

Bundan əvvəl Şolz və Netanyahunun martın 16-da Berlində görüşəcəyi bildirilirdi. Siyasətçilər ikitərəfli məsələləri, həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM