New York Times: Barak Obama Ukraynaya silah yardımını dəstəkləyir

23:00 | 02.02.2015
New York Times: Barak Obama Ukraynaya silah yardımını dəstəkləyir

New York Times: Barak Obama Ukraynaya silah yardımını dəstəkləyir

ABŞ prezidenti Barak Obama Ukraynaya silah yardımını dəstəkləyir.

Rusiyada separatçı qüvvələrlə hökumət arasındakı qarşıdurmaların şiddətləndiyi bir vaxtda ABŞ prezidenti Barak Obama Ukraynanın silahla təmin edilməsini müsbət qiymətləndirib.

ANN.Az hüriyyet.com-a istinadən xəbər verir ki, New York Timesin xəbərinə görə separatçı qüvvələrin hücumu ilə pozulan beş aylıq atəşkəsdən sonra xarici işlər naziri John Kerry və Baş qərargah rəisi Martin Dempsey silah yardımı mövzusuna baxıla biləcəyini qeyd ediblər.

Bundan başqa NATO Generalı Philip Breedlove-da silah yardımı fikrini dəstəkləyib. ABŞ-ın səlahiyyətli nümayəndəsi Ukraynaya silah yardımına qarşı çıxan Milli Təhlükəsizlik müşaviri "Susan Rays"ında bu mövqeyini yenidən qiymətləndirməyə hazır olduğunu bildirib.

Bu məsələlərlə əlaqədar xarici işlər naziri Kerry,  Kiyevdə Ukrayna prezidenti Poroşenko və digər səlahiyyətli nümayəndələri ilə danışıqlar aparacağını söyləyib.

Şiddətli qarşıdurmalar daha da artır

New York Times xəbər verir ki, ABŞ-ın senatorları Kiyev rəhbərliyinə 3 milyard dollarlıq silah göndəriləcəyi barədə bir hesabat hazırlayacağını bildiriblər.

Rusiya separatçıları və hökumət qüvvələri arasındakı qarşıdurmalar dünən Kiyev rəhbərliyinin nəzarəti altındakı "Debaltsov"da daha da gərginləşib. Separatçıların əlindəki Donetsk və Luqansk arasındakı strateji əhəmiyyət kəsb edən "Debaltsov"a dünən çoxlu sayda top atəşi açılıb.

Keçən il Aprel ayında Ukrayna ordusu və Rusiya tərəfdarı separatçıların arasında ölkənin şərq bölgələri Luqansk və Donesk'də çıxan qarşıdurmalardan tərəflər bir-birlərini günahlandırırlar.

Həmin bölgələrdəki qarşıdurmalar zamanı 5000-dən çox adam ölüb  bir milyondan çox adam evlərini tərk etmək məcburiyyətində qalıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM