Artıq çəki günümüzün ən böyük problemlərindən birinə çevrilib. Üstəlik, bununla mübarizə aparmaq o qədər də asan deyil. Çünki, bu mübarizədə qol gücü, iti ağıl o qədər də lazım gəlmir. Əsas yük güclü iradə üzərində cəmlənir.
Mütəxəssislər müəyyən ediblər ki, insanlar müxtəlif bədən nahiyələrində şişmanlıq yaranır. Kimisinin qarın və sinə hissəsi, kiminin qarın və bu hissəsi bədənin digər nahiyələrinə nisbətən daha kökdür. Araşdırma aparan mütəxəssislərin qənaətinə görə, bu hal insanların qida və sinir sistemi ilə bağlıdır. Yəni sadəcə idman eləməklə, yaxud cürbəcür pəhrizlər saxlamaqla arıqlamaq, formaya düşmək mümkün deyil. Kökəlmənin, artıq çəki almanın mənbəyi də araşdırılmalıdır.
ANN.Az artıq çəki mövzunun aktual olduğunu nəzərə alıb kök olmağın səbəblərini müəyyən edən müddəaları oxuculara təqdim edir.
1. Əgər sizin bədən formanız 1-ci şəkildəki kimidirsə, bunun səbəbi həddindən artıq qida qəbul eləməyinizlə bağlıdır. Ona görə boğazdan aşağı - sinə, qarın, bud hissələrindən kökəlirsiniz. Sizdə güclü piylənmə gedir. Yeməyinizi düzgün müəyyənləşdirin və daha sağlam qidayalara üstünlük verin.
2. Bu rəsmdəki kimi kökəlmək - sadəcə göbək nahiyədə şişkinlik varsa, bu tamamilə sinir sistemi ilə bağlıdır. Stres səbəbilə şişkinlik və həzmsizlikdən əziyyət çəkirsiniz, bu səbəbdən də göbək nahiyəsində köklük yaranır.
3. Bu rəsmdəki kimi kökəlmək daha çox qlüten qidalardan istifadə edən şəxslərdə müşahidə edilir. Qlüten - yəni daha çox taxıl bitkiləri nəzərdə tutulur.
4. Bu rəsmdəki kimi artıq çəki almaq - yəni yalnız mədə və qarın hissənin kökəlməsi irsi xüsusiyyətlərə bağlıdır. Ailədə kimsə bu cür köklüyə mailkdir və siz də irsən ona bənzəyirsiniz. Bunu aradan qaldırmaq üçün mütləq idman etmək, köklüyü aradan qaldırmaq, artıq çəkini atmaq lazımdır.
5. Bu rəsmdəki kimi köklük - bud və ayaq hissələrinin köklüyü insanda qan dövranının yaxşı işləmədiyinə işarədir. Həkimə müraciət etmək, qan dövranının tənzimlənməsinə çalışılmalıdır.
6. Bu rəsmdəki kimi köklük isə hərəkətsizliklə bağlıdır. Ola bilər ki, oturaq işdə çalışır və gün ərizində az hərəkət edirsiniz. Bədən formanızın daha pis forma almasını istəmirsinizsə, hərəkətliliyi artırmalı və idmanla məşğul olmalısınız.
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !