Neymar DÇ-2014-ün finalında oynaya bilər

09:47 | 07.07.2014
Neymar DÇ-2014-ün finalında oynaya bilər

Neymar DÇ-2014-ün finalında oynaya bilər

DÇ-2014-ün 1/4 finalında Kolumbiya ilə oyunda onurğa sümüyündən ciddi zədən alan Braziliya millisinin futbolçusu Neymar üçün mundialın başa çatdığı bildirilib. Lakin istedadlı hücumçu komandası finala çıxacağı təqdirdə  keyidici iynə vasitəsi ilə meydana çıxa bilər.Qol.Az-ın məlumatına görə,  futbolçunu xəstəxanada ziyarət edən milli komandanın həkimləri belə qənatə gəliblər ki, Neymar final oyununda ağrıkəsici iynədən istifadə etməklə meydana çıxa bilər. Ancaq bu üsulla oynamaq “Barselona”lı futbolçunun sağlamlığı üçün təhlükəlidir. Bununla belə Neymar və onun ailəsi həkimlərin təklifi ilə razı olduqlarını bildiriblər.Qeyd edək ki, Braziliya finala çıxmaq üçün yarımfinalda Almaniyanı məğlub etməlidir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM