Braziliyada keçirilən futbol üzrə Dünya çempionatında Kolumbiya ilə görüşdə onurğasından zədələnərək kubokun növbəti oyunlarından kənarda qalan braziliyalı oyunçu Neymar müalicə aldığı xəstəxanadan çıxarılıb.
ANS PRESS-in Virtualaz.org-a istinadən məlumatına görə, xüsusi vertolyotla ailəsinin yaşadığı Sao Paulo şəhərinə aparılan Neymar Braziliya Futbol Federasiyasının rəsmi internet səhifəsindən verdiyi açıqlamada Braziliya xalqı ilə bu çempionatlıq vidalaşıb.
Olduqca kədərli görünən Neymar "Yuxum hələ sona çatmadı, bölündü. Ancaq davam edir", deyə Neymar danışıb.
Ən böyük xəyalının çempionatın finalında oynamaq olduğunu deyən Neymar göz yaşlarını güclə saxlayıb. O, bu xəyalına çata bilməyəcəyinə görə çox təəssüfləndiyini dilə gətirib.
ANS PRESS