Azərbaycanda minimal əmək haqlarının 180 manatdan 250 manatadək artırılması barədə qərar verilib. Bəs görəsən iqtisadçı ekspertlər bu hadisəni necə qiymətləndirirlər? Bu artımın nə kimi təsirləri ola bilər?
İqtisadçı ekspert Elşad Məmmədovun sözlərinə görə, müstəqil Azərbaycanın yeni tarixində bu misildə artım heç vaxt olmayıb. Nəticədə yaranmış vəziyyət daxili bazarın genişlənməsinə, işgüzar fəallığın artmasına təkan olacaq.
Ekspert bildirib ki, minimum aylıq əməkhaqqının artırılması dövlət sektorunda çalışan və 250 manatdan aşağı əməkhaqqı alan şəxslərlə yanaşı, özəl sektorda çalışan, lakin həmin məbləğdən az alan şəxslərə də şamil olunur.
"Dövlət bu sərəncamın qüvvəyə minməsində stimullaşdırıcı rol oynayır. Çünki dövlət sektorunda, büdcə təşkilatlarında əməkhaqqının artımı büdcədən maliyyələşməyən sahələri də stimullaşdırıcı vasitələrlə maaşların artımına sövq edir", - deyə oxu.az-a açıqlamasında ekspert vurğulayıb.
Azərbaycanda orta əməkhaqqı qonşu Ermənistan və Gürcüstandan
aşağıdır. Bunu isə Anews.az-a açıqlamasında iqtisadçı ekspert Nemət
Əliyev deyib.
Onun sözlərinə görə, minumum əmək haqqının qaldırılmasına dair
dövlət başçısının verdiyi bu sərəncam ümumilikdə müsbət qiymətləndirilməlidir.
Çünki ölkədə bu günə olan minumum əmək haqqı 180 manat olub ki, bu maaşla da dolanmaq mümkün deyil.
"İşləyən əhali qrupunun 180 manata sərf etdiyi fizioloji
enerjini bərpa etmək mümkün deyil. 180 manat bir nəfərin əmək haqqı səviyyəsinə düz gəlmir. Nəzərə alsaq ki, bu gün minumum əmək haqqı alanların sayı 600 min nəfərdir,
bu böyük bir insan ordusu deməkdir. 600 min nəfər insanın aylıq 180 manata dolana biləcəyini
düşünmək sadəlövlük olardı. Açığı bu baxımdan orta minumum əmək haqqının 250
manata qədər artırılması normal bir addımdır. Sadəcə bir sual ortaya çıxır. Bəs
minumum 250 manat maaş yetərlidirmi? Məsələnin əsas sual məncə budur. Ümumilikdə
baxanda 250 manatın özü də bir böyük məbləğ deyil. Biz bunu dollarla ifadə etsək
147 dollar edir. Bu da çox aşağı bir məbləğdir. Dövlət başçısının qəbul etdiyi
bu sərəncam 950 min nəfərə şamil olunacaq. Yəni belə çıxır ki, ölkədə 1 milyon
580 min nəfərin 950 mini əməkhaqqı
alanların gəliri 250 manatdır. Ölkədə 1 milyon 580 min nəfər əmək haqqı alan
muzdlu işçi var. Onun da 950 min nəfəri yəni 60 faizinin gəliri 250 manat
olacaq".
EKspert bildirir ki, Azərbaycan iqtisadiyyatına 250 milyard dollar investisiya
yatırıldığına dair hökümət açıqlamalar yayıb. Qeyd olunur ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına hökümət 250 milyard dollar investisiya yatırıb. Bəs
necə olur ki, belə olan halda muzdlu işçilərin 60 faizinin minumum əmək haqqı
250 manat edir.
"Azərbaycanı başqa ölkələrlə, daha doğrusu qonşu ölkələrlə
müqayisə etsək Ermənistan, Gürcüstanla görərik ki, nə qədər fərq var. Azərbaycanda
ölkə üzrə orta əməkhaqqı təxminən 340 dollardır. Amma bu yaxınlarda
Gürcüstandan açıqlama verildi ki, Gürcüstanda orta aylıq əmək haqqı məbləği 400
dollardı. Ermənistanda da təxminən 400 dollardır. Necə olur ki, Ermənistan və
Gürcüstan son 15 il ərzində 100 min
milyard yatırım etsələr Allahlarına şükür edərlər. Buna baxmayaraq onlar əhalinin
orta əməkhaqqı bizdən çoxdur. Onların da 60 faizinin əmək haqqı hələ sentyabr
ayından 250 manat olacaq. Bu həqiqətən acınacaqlı bir vəziyyətdir".
Nemət Əliyevin sözlərinə görə, sentyabr ayından qiymətlərin səviyyəsində
bahalaşmaya doğru artımlar olacaq. Azərbaycanda hökumət əmək haqqı artımları edəndə
bir qayda olaraq onu elə edirlər ki, əmək haqqı əllərə çatmamış qiymətlərdə qəti
şəkildə bahalaşma müşahidə olunur. "Faktiki olaraq 10-15 faiz inflyasiya yaşanır.
Rəsmi açıqlamalara istinadan apardığımız hesablamalar belə deməyə əsas
yaradır. Bu ilin yanvar-aprel aylarında qiymətlərdə təxminən əmtəə bazarında
14-15 faizlik, ümumi istehllak bazarında isə 10-11 faizlik bahalaşma
qeydə alınıb. Sentyabra kimi bahalaşma səviyyəsi bir az da artacaq. Belə
çıxır ki, artımlar nəticə etibarı ilə bahalaşmanın yeminə çevriləcək.", - deyə Əliyev vurğulayır.
Ekspertin fikrincə, ortada başqa bir məsələ də var ki, umumiyyətlə hökümətin əmək haqqı
siyasəti çox yanlışdır və uyğun olmayan bir siyasətdir. Dövlət başçısının sərəncamı
ilə minumum əmək haqqı səviyyəsi artırılır. Bu ancaq anaq Mərkəzi Seçki Komitəsinin sədrinin,
katibinin əmək haqlarına təsir edir. Ümumilikdə
minumum əmək haqqının səviyyəsi aşağı – yuxarı hardasa 39 faizə yaxın
artacaq. Ancaq Mərkəzi Seçki Komissiyasının sədrinin və üzvlərinin maaşı isə 50
faiz artır. Reallıqla düşünsək aydın olacaq ki, Mərkəzi Seçki Komisiyasının
ehtiyacları daha çoxdur yoxsa 580 minin
ümidinə buraxılan minlərlə insanın? Əlbəttə bir mənalı şəkildə cavab aydındır.
180 manatla 2040 manat arasında görün nə qədər fərq var. 2040 manat maaş alanın
maaşı 1040 manat məbləğində artırılır".
Bəs görəsən hökümət maaş artımlarını hansı hesabla təmin edəcək. Tutaq
ki, Azərbaycan iqtisadiyyatında yanvar – aprel dövründə rəsmi açıqlama belədir
ki, 2,1 faiz artım əmələ gəlib. Əgər ölkə iqtisadiyyatı 2,1 faiz artırsa o
zaman bu 40-60 faizlik əmək haqqları hansı mənbələrin hesabına necə təmin
olunacaqdır? İstehsalın genişləndirilməsinə yönələn vəsaitlərin azalmasına mənfi
təsir etmiyəcəkmi?
Ekspertin fikrincə, ancaq 180 manat maaş alanların əmək haqqı təxminən 70 manat artırlır. "Əslində ortaya
yanlış nəticə çıxmamalıdır ki, guya əmək caqqı artımlarının yüksək səviyyədə həyata
keçirilməsinin tərəfadarı deyilik. Yox. Biz bunun tərəfdarıyıq. Dövlət büdcəsindən
yayındırılan maliyyə vəsaitlərinin yaxud dövlət şirkətlərinin yeminə çevrilən
milyonların dövlət büdcəsinin əldə olunması hesabına həyata keçiriləcəksə bunu
alqışlamaq olar. Mən şəxsən inanmıram ki, Dövlət Neft Şirkətinin, Azərbaycan Dəmir Yollarının, Metropolitenin, AZAL-ın və s bu kimi şirkətlərdə şübhəli istiqamətlərə ayrılan maliyyə vəsaitlərinin dövlət büdcəsindən səmərəli istifadə
olunması istiqamətində ciddi addımlar atılacaq. Halbuki əmək haqqı artımlarına
lazım olan maliyyə vəsaitlərini bu istiqamətdən cəlb eltmək lazımdır”.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !