Niaqara şəlaləsi dondu - 100 il sonra ilk dəfə

20:29 | 23.02.2015
Niaqara şəlaləsi dondu - 100 il sonra ilk dəfə

Niaqara şəlaləsi dondu - 100 il sonra ilk dəfə

Dünyanın məşhur şəlaləsi Niaqara sərt havaların keçməsi səbəbilə 100 il sonra ilk dəfə böyük həcmdə buz bağlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki,  Kanadada baş verən uzunmüddətli sərt şaxtalı havaların nəticəsində Niaqara şəlaləsinin böyük hissəsi buz bağlayıb.

Dünyanın ən gözəl guşələrindən biri hesab olunan və hər il milyonlarla turistin ziyarət etdiyi şəlalədə buz bağlamış hissəsinin qalınlığı 3 metri keçib. Kanada Təbiət Nazirliyinin qeydlərinə görə, Niaqara şəlaləsi sonuncu dəfə 1912-ci ildə bu  səviyyədə donub.

Niaqara şəlalələr silsiləsinə daxil olan ən böyük qolu At Nalı (Horseshoe) şəlaləsi ilə ABŞ sərhədlərinə düşən Amerikan şəlaləsinin buz bağlanması səbəbilə çox gözəl mənzərə yaranıb və minlərlə turistin əraziyə axın etməsi müşahidə edilir.

Kanada hökuməti bəyan edib ki, əgər sərt şaxtalar davam edərsə, buzlanma səviyyəsi daha da çox artacaq. Hazırda şəlalələr sisteminin 81 faizinin donduğu qeydə alınıb.

Bu arada Kanada Mereoroloji Xidməti Niaqara şəlaləsinin də daxil olduğu Hamilton ştatında və Kateriines bölgəsində havanın tempraturunun "-40" dərəcə olacağına dair xəbərdarlıq edib.

ANN.Az
 
 
 
 
 
 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM