“NİDA”- çı gəncin anası müraciətdən danışdı

19:14 | 30.09.2014
“NİDA”- çı gəncin anası müraciətdən danışdı

“NİDA”- çı gəncin anası müraciətdən danışdı

Həbsdə olan “NİDA” Vətəndaş Hərəkatının Bakı İstintaq Təcridxanasında saxlanılan üzvü Zaur Qurbanlının anası Səkinə Qurbanlı “NİDA”-çı gənclərin prezident İlham Əliyevə müraciətinə münasibət bildirib.O, Aktual.az-a açıqlamasında, bir valideyn kimi, bu müraciətə müsbət yanaşdığını qeyd edib: “Bir ana kimi, gənclərin həbsdə olduğu müddətdə çəkdiyim əzabları sözlə ifadə edə bilmərəm. O gənclərin dörd divar arasında qalması bizə cəhənnəm əzabı verirdi. Ona görə də, biz övladlarımızı azadlqda görməyi arzulayırıq. Hakimiyyətin müraciəti dəyərləndirəcəyini və onları azad edəcəyini arzu edirəm. Ümid edirəm ki, içtimaiyyət də “NİDA”-çıların bu müraciətini anlayışla qarşılayacaq". Xatırladaq ki, həbsdə olan “NİDA” Vətəndaş Hərəkatının üzvləri Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə prezident İlham Əliyevə  müraciət ediblər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM