“NİDA”çılara hökm mayın 6-da oxunacaq

12:52 | 01.05.2014
“NİDA”çılara hökm mayın 6-da oxunacaq

“NİDA”çılara hökm mayın 6-da oxunacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində “NİDA” Vətəndaş Hərəkatı üzvlərinin işi ilə bağlı prosesdə hökm mayın 6-da oxunacaq. Modern.az xəbər verir ki, “NİDA”çıların adından son sözü Rəşadət Axundov deyib. Əməllərində peşman olmadıqlarını bildirən R. Axundov məhkəmədən ədalətli qərar gözləmədiklərini vurğulayıb. Bundan sonra hakimin qərarı ilə hökmün oxunması proses mayın 6-na qədər təxirə salınıb.

Xatırladaq ki, 2013-cü ilin mart-aprel aylarında tutulan “NİDA”çılar kütləvi iğtişaşlara cəhd maddəsi ilə mühakimə olunurlar. Aprelin 17-də dövlət ittihamçısı Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rütəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əziziov, Rəşad Həsənova 8 il, Üzeyir məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib. Bu gün “NİDA”çıların elan etdikləri müddətsiz aclıq aksiyasının 14-cü günüdür.   ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM