Bu haqda ölkənin ictimai kanalı NOS məlumat yayıb. Promes adam öldürməyə cəhddə və ağır hücuma görə mühakimə olunacaq.
Niderland prokurorluğu Moskva "Spartak”ında çıxış edən 29 yaşlı futbolçu ilə bağlı cinayət işi açıb. O, ötən ilin iyul ayında ailəvi şənlikdə əmisi oğlunu diz nahiyəsindən bıçaqlamaqda günahlandırılır. İşə nə vaxt baxılacağı hələlik məlum deyil.
Promes, 2020-ci ilin dekabrında "Ajaks"ın formasını geyindiyi vaxt məsələ ilə əlaqədar bir neçə gün həbsdə yatmışdı və ona qarşı irəli sürülən ittihamları rədd etmişdi.
Niderland millisində 50 matça çıxan Promes 7 qol vurub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !