Nigar Camalın qızı futbolçu bacarığını nümayiş etdirdi - VİDEO

20:28 | 13.01.2020
Nigar Camalın qızı futbolçu bacarığını nümayiş etdirdi - VİDEO

Nigar Camalın qızı futbolçu bacarığını nümayiş etdirdi - VİDEO

Müğənni Nigar Camal və futbolçu qızı Jasmin Camal AzTV-də yayımlanan "Telesəhər” proqramında qonaq olublar.
Offsideplus.az xəbər verir ki, verilişin aparıcısı müğənni Eldar Qasımovla həmsöhbət olan Jasmin onun suallarına ingilis dilində cavab verib.
Jasmin özü haqqında bunları danışıb:

"Mən Böyük Britaniyada məktəblərin birində orta təhsilimi alıram. Doqquzuncu sinifdə oxuyuram. İdmanı çox sevirəm və hər gün idman edirəm. Futbolla hələlik həvəskar kimi məşğul oluram. Məktəbin nəzdində fəaliyyət göstərən futbol komandasında oynayıram. İdmana daha çox vaxt sərf edirəm. Niyyətim gələcəkdə peşəkar futbolçu olmaqdır. İki mövsüm əvvəl "mövsümün ən yaxşı oyunçusu” seçilmişəm. Bu vaxt ərzində 44 dəfə qapıya qol vurmuşam. Komandanın ən yaxşı oyunçusu və üzvüyəm. Futbolda əldə etdiyim medallar həddindən artıq çoxdur. Buraya cəmi səkkiz medal gətirdim. Hər biri mənim üçün çox önəmlidir”.
Qeyd edək ki, Jasmin hazırda peşəkar futbolla məşğul olur. Onun hədəfi "Çelsi”nin qızlardan ibarət komandasında çıxış etməkdir.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb