Rüstəm Qasımov
"İnsana rəssamlığı öyrətmək olar, ancaq ondan rəssam düzəltmək mümkünsüzdür”
Boş yerə deməyiblər ki, insan sevdiyi işlə məşğul olanda daha zövqlə işləyir və uğura nail olur. Elə insan var ki, illərlə ürəyincə olmayan işdə işləyir və heç bir mənəvi zövq almır. Ancaq o öz yolunu, öz sevimli fəaliyyət sahəsini tapmalıdır, onda iş yükə yox, sevincə çevriləcək. Məhz belə kələ-kötür yollarda irəliləməklə insan özünü tapa bilər, hobbisi həyatının mənasına çevrilə bilər. Bu sözlər həmçinin bizim bugünki həmsöhətimizə aiddir, o mühasib olsa da, özünü rəssamlıqda tapıb, nəticədə onun həyatı ciddi dəyişikliyə uğrayıb. ANN.Az gnc və istedadlıq azərbaycanlı rəssam Nigar Familsoyla müsahibəni təqdim edir.
- Nigar, necə oldu ki, siz iqtisadiyyat sahəsinin sizə uyğun olmadığını dərk etdiniz?
- Bu, mənim iqtisad universitetinə daxil olmağımdan sonra baş verdi, nəticədə də mən əyani təhsili qiyabi təhsilə dəyişdim. Mən rəssamlığa böyük maraq göstərirdim. İlk müəllimim pantomima teatrının rəssamı Sənubər Səmədova oldu, o, mənə akademik təsviri öyrətdi, təsviri sənətin uzun nərdivanında ilk pillələrin əsasını qoydu, o pillələrdə mən hər gün irəliləyirəm, yeni pillələr fəth edirəm (gülür). Əlbəttə, ömrü boyu zirvəyə qalxmaq olar, əsas olan dayanmamaqdır.
- Ancaq sizin rəssamlıq məşğuliyyətiniz daha tez başlayıb...
- Rəssamlığa sevgi məndə uşaqlıqdan vardı. Uşaq olanda mən saatlarla şəkil çəkə bilərdim. Ancaq pedaqoqla məşğul olmağa başlayandan mən inkişaf etməyə başladım. Bir müddətdən sonra məni "Çaşıoğlu” nəşriyyatında illustrator kimi işə qəbul etdilər, burada mən illustrasiyalarda istifadə edilən xüsusi kompüter proqramlarını qavradım. Ancaq mənim əsas arzum öz əllərimlə çəkmək idi, axı proqram səni müəyyən çərçivələrlə məhdudlaşdırır.
- Bəs Emin Qəhrəmanovun "EmArt studio”sına necə daxil oldunuz və ordakı təhsili sizə nə dərəcədə faydalı oldu?
- Şəkil çəkmək bacarıqlarımı artırmaq üçün mən "EmArt studio”sına daxil oldum. Buradakı təhsil mənimçün böyük bir məktəb, irəliyə doğru ciddi bir addım oldu. Məhz orada mən başa düşdüm ki, rəssam olacam və həyatımın mənasını bunda görürəm. Qeyd edim ki, universiteti bitirdikdən sonra mən tamamilə rəssamlığa kökləndim və vaxtımı buna həsr etməyə başladım.
Studiyada ilk pedaqoqum Emin Qəhrəmanov oldu, ona çox borcluyam. Məhz o mənə mənəvi dəstək oldu, qorxmamağı, eksperiment etməyi öyrətdi. Emin yaxşı psixoloqdur, hər bir tələbəyə individual yanaşa bilir. Mənim timsalımda o, çətinlikləri özbaşıma aşmalı olmağımı öyrətdi. Əvvəlcə mənə çətin idi, onun yanaşması mənə biraz qəribə gəlirdi. Ancaq müəyyən müddətdən sonra başa düşdüm ki, belə öyrətmə tərzi mənim yararıma olub. O mənə nə qədər təkid edirdisə, o qədər çox inkişaf edirdim. Ona görə də Emini əminliklə özümün mənəvi müəllimim hesab edə bilərəm... Zənnimcə, məhz özünə inam bu məsələdə əsas məsələdir, texniki məsələlər sonra gəlir (gülür). Bu, təkcə rəssamlıqda deyil, gündəlik həyatımızda da belədir. Əgər nəyəsə nail olmaq istəyirsənsə, onda gələcəyə əmin addımlarla getmək lazımdır. Qalxma-enmələr, səhvlər və müvəffəqiyyətlər olacaq – bu təcrübə üçün həyati vacibdir...
- Texniki hazırlıq məsələsində nə deyərdiniz?
- Texniki planda mən Zöhrab Cabbarovdan öyrənmişəm, xüsusilə texniki akvarelləri, axı o ən yaxşı akrarelçilərdən sayılır. Ancaq mənim üslubumdakı fərq ondan ibarətdir ki, hətta texniki yardımı mən nəzəri əldə etmək, amma praktikada öz qazandığım təcrübəni tətbiq etmək istəyirəm. Pedaqoq kömək edə bilər, ancaq mənim qənaətimcə, insan yolu özü keçməlidir. Əlbəttə, yaxşı nəticələr biraz gec ortaya çıxır, ancaq sənin zəhmətinin bəhrəsi kimi ortaya çıxır. Əldə olunan nəticələr səni daha da həvəsləndirir. Yanımda pedaqoq olmadan şəkil çəkəndə, yaradıcılıq prosesində ortaya çıxan çətin situasiyalardan mən özüm keçirəm. Ola bilsin, buna çox vaxt sərf olunur, ancaq nəticələr ki, özümündür (gülür).
- Gəlin, sizi yaradıcılığınıza keçək. Siz uşaqları tez-tez çəkirsiz. Nəyə görə?
- Bilmirəm niyə, ancaq uşaqları çəkməyi çox sevirəm. Ancaq mənim qəhrəmanlarım küçədə böyüyən uşaqlar, yetimlər, evsiz-eşiksizlərdi. Mən hətta Afrikada aclıq çəkən uşaqlara layihə həsr eləmək, körpələrin necə böyük əziyyətlər çəkməyini göstərmək, hətta bəzilərinin aclıqdan öldüyünü göstərmək istəyirəm. Bu mövzu mənə çox təsir edir, mən bir rəssam kimi onlara yardım etmək istəyirəm. Bu uşaqlar barədə düşünəndə bizim gündəlik qayğılarımız mənə çox mənasız gəlir. Fikirləşirəm ki, bu şəkilləri belə problemlərlə məşğul olan beynəlxalq təşkilatlara göndərim, birgə səylərlə minlərlə insanın həyatını xilas etmək olar...
- Sizin şəkillərinizdəki hər bir personaj müxtəlif emosional situasiyalarda təsvir olunur, bunun da nəticəsində onlar tamaşaçıda güclü emosional təəssürat yaradırlar.
- İnsan emosiyaları mənə həmişə güclü təsir edir, onları mən kətana köçürmək istəyirəm. Şəkillər çəkən zaman sanki bu hissləri mən özüm yaşayıram, ona görə də onlar real alınırlar. Mənim hər bir qəhrəmanımın nüfuzedici sifəti var. Onların keçirdiyi emosiyalar oxunan, başadüşüləndir. Mənim üçün əsas olan qəhrəmanlarımın hisslərini tamaşaçıya çatdırmaqdır. Qeyd edim ki, bir müddət mən sifətin fizioqnomikasını xüsusi öyrənmişəm ki, emosiyaları kətana və ya kağıza dəqiqliklə köçürüm. Daim çalışıram ki, təsvir olunan insanın xarakterini verə bilim, buna görə də qəlbin aynası sayılan gözləriə daha çox diqqəy ayırıram, gözlər çox şeydən xəbər verir. Kətana baxan insan ilk növbədə gözlərə daha çox diqqət ayırır, sonra digər detallara. Ona görə də qəhrəmanlarımda əsas vurğunu gözlərə edirəm!
Özüm şən və həyatdolu insan olsam da, bilmirəm nəyə görəsə, lirik, həssas personajlar daha çox xoşuma gəlir. Amma milli tematika istisnadır. Onun ayrıca xüsusi eneretikası var, onda istilik və şərq kaloriti hiss olunur. Mənim uşaq seriyasından başqa, milli tematikaya həsr olunmuş seriya işlər yaratmaq istəyirəm, Azərbaycan xalqının adət və ənənələrini göstərmək istəyirəm. Mən hətta bu seriyaya daxil olan şəkillərin necə olacağını belə bilirəm.
- Sizin qrafik işləriniz də heç də az diqqət cəlb eləmir. Qrafik portret janrı sizin niyə bu qədər diqqətinizi cəlb edir?
- Ondan başlayım ki, portret mənim təsviri incəsənətdə ən sevdiyim janrlardandır. Mənim sifəti tanımaqda əla yaddaşım var. Şəhərdə gəzəndə mən həmişə yanımda gəzənlərin üzlərinə diqqət edirəm, onların sifət ifadələrini yadda saxlamağa çalışıram, xüsusilə insanın xarakterini xarici görünüşdən anlamaq mümkün olanda, onu sonradan yaradıcılıqda istifadə etmək olur.
Şəkil çəkdiyimi bilən tanışlarımın demək olar hamısı mənə belə bir sual verib: "Sən mənim portretimi çəkə bilərsənmi?”. Mən başa düşmüşəm ki, portret təkcə sənət baxımından dəyərli deyil, həm də insanların böyük marağına səbəb olur, ona görə də çoxları rəssama portret sifarişi verir. Yəqin çox adam evdə öz şəklini görmək istəyir (gülür).
Əvvəllər mən yalnız qrafik şəkillər çəkirdim, sonra isə eksperiment elməyə başladım, akvareldə, yağlı boyada, pasteldə və s. çəkməyə başladım, bunun da sayəsində özümün çəkmə vərdişimi gücləndirdim. Ancaq bu janrın yeganə çatışmazlığı nəncə, müəyyən çərçivələrlə məhdudlaşmasıdır, axı sənin qarşında xarici görünüşlə insanın daxili dünyası arasında maksimal oxşarlığı yaratmaq kimi tapşırıq durur. Buna baxmayaraq, bu janrın mənim yaradıcılığımda yeri böyükdür.
- Siz şəkillərinizi əsasən akvareldə çəkirsiniz. Sizcə, bu boyaların yağlı boyayla müqayisədə güclü və zəif tərəfləri hansılardır?
- Akvarelin çətinliyi odur ki, onun səhvlərə dözümü yoxdur. Yağlı boyada işləyərkən, əgər hansısa element xoşuna gəlməsə, sən dəfələrlə onu dəyişdirə bilərsən. Yağlı boya sənə situasiyadan asılı olaraq, ilkin qarşına qoyduğun tapşırığa nail olmasan, iş prosesində dəyişikliklər eləməyə imkan verir. Ancaq akvareldə belə bir imkan yoxdur. Ancaq o sənə xüsusi bir imtiyaz da verir, akvareldə çəkəndə sən mənən rahat ola bilərsən, elə vaxt olur, iş bir-iki saata tamamlanır. Yağdan fərqli olaraq, akvareldə çəkəndə mən əvvəlcə eskizlər və nabroskalar eləmirəm. Ancaq mənim pedaqoqlarım hər zaman israr edirlər ki, eskiz sadəcə olaraq mütləqdir...
Məsələn, yağlı boyada çəkərkən əvvəlcədən hazırlaşmaq, süjet fikirləşmək, iş prosesində ortaya çıxacaq mürəkkəb situasiyalar barədə düşünməyə gərək yoxdur. Bundan başqa, yağlı boyada iş çox vaxt alır, nəinki akvarel.
- Hansı rəssamların yaradıcılığını sevirsiz?
- Dünyaca məşhur rəssamların yaradıcılığını araşdırarkən, məlum olur ki, onların yaradıcılıq axtarışı çox gərgin keçib. Götürək elə Pikassonu, o çox gözəl realist idi, ancaq tarixə kubizmin yaradıcısı kimi düşüb. Mənim də yaradıcılığımda oxşar analogiya var. Mən yeknəsəklikdən yoruluram, hər zaman nəsə yeni şey öyrənmək istəyirəm. Bilmirəm 5 ildən sonra hansı istiqaməti sevəcəm, amma bu gün impressionizmi sevirəm. Ogüst Renuarın yaradıcılığını xüsusilə bəyənirəm, şəxsiyyət kimi isə kumirim Salvador Dalidir. Bu insanın fəlsəfəsi, prinsipləri çox xoşuma gəlir. Təsəvvür edin, mən onun bütün gündəliklərini oxumuşam.
- Siz rəssamlıqdan başqa, heykəltaraşlıqla da məşğul olursunuz...
- Bəli! Mən öz ilk işimi Emin Qəhrəmanovun studiyasında oxuyarkən yaratmışdım, orada heykəltaraşlığı öyrədən Şəhla xanım bu sənətin vacib prinsiplərini mənə öyrədirdi. Şəhla xanımın sözlərinə görə, mənim heykəllərim Akademiyanın 3-cü kurs tələbəsinin işləri qədər var. O qədər sevinmişdim ki, evə qədər bütün radarlara düşmüşdüm (gülür). Bundan sonra, mənə heykəltaraşlıqla ciddi məşğul olmağı tövsiyyə belə etdilər. Ancaq sonradan başa düşdüm ki, bu daha çox kişi işidir. Buna baxmayaraq, hərtərəfli inkişaf çox xoşuma gəlir və yaradıcılığı sərt çərçivələrə salmaq istəmirəm. Ona görə də qərara aldım ki, mənim əsas işim rəssamlıq olub və olacaq, heykəltaraşlıq isə hobbidir, onunla ürəyim istəyəndə məşğul oluram.
- Şəhərimizin sakinləri və qonaqlar Nigar Familsoyun fərdi sərgisinə nə zaman baş çəkə biləcəklər?
- Mən Bakıda öz sərgimi keçirməyi çox istərdim. Özünəiman vacib keyfiyyətdir, ancaq onunla bərabər hər zaman özünütənqid də vacibdir, o sənə dayanmamağı, irəli getməyi təşviq edir. Mən dünyaya ayıq başla baxıram və başa düşürəm ki, bu gün buna hazır deyiləm. Tamaşaçıların qarşısına özümü hazır hiss edəndə çıxmaq istəyirəm. Bugün yaradıcılığa böyük enerji sərf edirəm ki, peşəkar səviyyəyə gəlib çatım. Vacib olan heç vaxt olduğun yerlə kifayətlənməməkdi.
- Sizcə rəssamlıq aidlik məsələsidirmi?
- 5 illik rəsm çəkmək fəaliyyətindən sonra onu deyə bilərəm ki, insana rəssamlığı öyrətmək olar, ancaq ondan rəssam düzəltmək mümkünsüzdür.
- Gələcək planlarınızı bizimlə bölüşərdiniz
- Mənim indilik ən böyük məqsədim Rəssamlıq Akademiyasına daxil olmaq, ikinci təhsil almaq və həvəskar kimi yox, peşəkar kimi formalaşmaqdır.
- Nigar, maraqlı müsahibəyə görə təşəkkür edirik. Biz sizə yaradıcılıq uğurlar və tükənməz enerji, yeni sərgilər arzulayırıq.
- Təşəkkür!
(Fotolar Nigar Familsoyun arxivindəndir)
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !