Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olundu

12:03 | 25.12.2013
Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olundu

Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olundu

Ağdaş Rayon Mərkəzi Kitabxanasında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq Şairi Nigar Rəfibəylinin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.AzərTAc xəbər verir ki, tədbirdə Nigar Rəfibəylinin həyat və yaradıcılığından geniş söhbət açılmışdır.Bildirilmişdir ki, Vətənə bağlılıq, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin tərənnümü onun yaradıcılığının ideyasını təşkil etmişdir.Çıxış edənlər Prezident İlham Əliyevin Xalq Şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsinə dair müvafiq Sərəncamını onun yaradıcılığına verilən ən yüksək qiymət kimi dəyərləndirmişlər.Tədbirdə Nigar Rəfibəyli poeziyasının incəliklərindən söz açılmış, məktəblilər şairin şeirlərindən nümunələr söyləmişlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM