ABŞ-ın "Delta Airlines” aviaşirkətinə məxsus Airbus 320 təyyarəsi Nikaraquanın paytaxtı Manaquada təcili eniş edib.
APA-nın "Gazeta.ru”-ya istinadən xəbərinə görə, Manaqua- Atlanta (ABŞ) reysi ilə uçan təyyarənin göyərtəsində 124 sərnişin və 6 ekipaj üzvü olub.
Məlumata əsasən, hava limanından qalxdıqdan sonra təyyarənin şassi hissəsində nasazlıq yaranıb. İnsident zamanı xəsarət alanların olmadığı bildirilir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !