Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç "DÇ-2014"də Braziliya oyundan (1:3) sonra keçirdiyi mətbuat konfransında matçın baş hakimi Yuiti Nisimuranı sərt şəkildə tənqid edib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, oyunun özü haqda çox danışmayan gənc mütəxəssis bildirib ki, 71-ci dəqiqədə, hesab 1:1 olarkən qapılarına təyin olunan penaltı epizodunda qayda pozuntusu olmayıb:
"O epizod penaltidisə, futboldan getmək lazımdır. Futbolun əvəzində basketbol oynamalıyıq. Hakim biabırçı qərarlar verdi. Görüş ərzində komandama hörmət edilmədi. Dünya kuboku belə başlayıbsa, bəlkə də turnirdən imtina edib evimizə getməliyik. Belə davam etsə, dünya çempionatında yüz dəfə penalti veriləcək və yarış sirkə dönəcək".
N.Kovaç futbolçularının çıxışından isə razı qalıb: "Futbolçularım yaxşı oyun nümayiş etdirdi. Onlarla çalışdığım üçün qürur hissi keçirirəm".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !