• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Nikol Paşinyan Azərbaycan ərazisinə "İsgəndər" raketi atdıqlarını etiraf edib

Nikol Paşinyan Azərbaycan ərazisinə
24.02.2021 20:30
Ermənistanın baş naziri Nikol Paşinyan "İsgəndər” raketindən Azərbaycanın işğal altında olmayan ərazisinə atdıqlarını etiraf edib.


"Report” xəbər verir ki, bunu Nikol Paşinyan "1in.am”a müsahibəsində söyləyib.


Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın "İsgəndər” raketindən 44 günlük döyüşlərin 3-4-cü günündə istifadə edilmədiyinə təəccüblənməsinə cavabında Nikol Paşinyan deyib: "Bu eyham mənə ünvanlanıb. Ancaq düşünürəm ki, iddiaçı cavabını bildiyindən belə suallar verməməlidir. Bəlkə o bu suala cavab versin: Niyə atılan "İsgəndər”lər partlamadı, yaxud məsələn, 10 faizi partladı”.


Ölkənin Müdafiə Nazirliyi baş nazirin "İsgəndər"lə bağlı dediklərini şərh etməkdəmn imtina edib.


Xatırladaq ki, Serj sarqsyan müsahibəsində "İsgəndər" raketindən Şuşanı yenidən ələ keçirmək üçün istifadə ediklərini bildirmişdi. Müxbirin "düşmənin ərazisinə niyə bu raketi atılmadı” sualına cavabında keçmiş prezidenti deyib: "Cavab zərbədən ehtiyat edildiyi üçün atılmayıb. "İsgəndər”dən müharibənin 4-5-ci günü Horadiz və başqa istiqamətlərdə istifadə etmək lazım idi". Serj Sarqsyan müsahibəsində Gəncədə mülki şəxslərin yaşadığı məhəllənin hədəf alındığını etiraf edib.


Separatçıların "baş qərargahının keçmiş rəisi” Movses Akopyanın noyabrın ortalarında istefa verəndən sonra mətbuat konfransında müharibənin təfərrüatları barədə dedikləri Ermənistanda informasiya sahəsində "partlayış” effekti verib. M.Akopyan bildirmişdi ki, Qarabağda "İsgəndər”dən istifadə ediblər, ancaq onun hara atıldığını deyə bilməz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Dünya 23:26
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Dünya 22:33
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Dünya 20:46
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Türkiyəli jurnalist saxlanılıb
Dünya 20:30
Türkiyəli jurnalist saxlanılıb
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Dünya 18:31
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
Dünya 16:57
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
Dünya 15:31
İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
Türkiyədə bir neçə bələdiyyə sədri saxlanılıb
Dünya 12:05
Türkiyədə bir neçə bələdiyyə sədri saxlanılıb
Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayıb
Dünya 10:06
Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol