Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı təhlükəsizlik məsələləri üzrə ölkəsinin bir nömrəli tərəfdaşı adlandırıb.
"Report” "Novoati Armenia”ya istinadən xəbər verir ki, o, Rusiya ilə hərbi-texniki əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını da bildirib.
Baş nazir qeyd edib ki, Ermənistan silahlı qüvvələrində islahatların keçirilməsi üçün müdafiə nazirinin başçılıq etdiyi işçi qrupun tərkibinin genişləndirilməsi haqqında sənəd imzalayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !