Neftçi” klubunun sabiq futbolçusu Nikolas Kanales yenidən klubunu dəyişib. Lent.az-ın məlumatına görə, 29 yaşlı hücumçu Çilinin “Kolo-Kolo” komandasından “Santyaqo Vanderers”ə icarəyə verilib. Təqdimat mərasimində çilili forvard bildirib ki, yeni klubu kiçik şəhəri təmsil etsə də, böyük azarkeş kütləsinə malikdir. O, oynadığı bütün komandalarda çoxlu qol vurmağa çalışdığını açıqlayıb. Kanales yarım ilədək çıxış etdiyi “Kolo-Kolo”da son ayyarımda zədə üzündən oynamadığını söyləyib. Qeyd edək ki, Nikolas Kanales 2012-2013-cü il mövsümündə “Neftçi”də çıxış edib. O, Azərbaycan Premyer Liqasında 31 oyuna 26 qolla bombardir olub. Avropa Liqasında isə Kanales İtaliya “İnter”ini həm ev, həm də səfər matçlarında məyus edərək, 2 qolla komandasının ən məhsuldar oyunçusu sayılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !