Nikos Kotzias: Biz Qarabağ məsələsində Bakını dəstəkləyirik - FOTOLAR

23:08 | 02.02.2016
Nikos Kotzias: Biz Qarabağ məsələsində Bakını dəstəkləyirik - FOTOLAR

Nikos Kotzias: Biz Qarabağ məsələsində Bakını dəstəkləyirik - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan yunanıstanlı həmkarı Nikos Kotzias ilə görüş keçirib.

ANN.Az Report-a istinadən xəbər verir ki, nazirlər təkbətək və geniş tərkibli görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Avropada miqrasiya böhranı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, həmçinin energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

XİN rəhbərləri ölkələr arasında əlaqələrin genişləndirilməsi, həmçinin beynəlxalq arenalarda bir-birinə dəstək göstərməyi davam etdirmək barədə razılıq əldə ediblər.

Yunanıstanın XİN rəhbər  Nikos Kotzias azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi birgə mətbuat konfransında Qarabağ münaqişəsinin həlli məsələsində rəsmi Bakının mövqeyini dəstəklədiklərini bildirib.

"Yunanıstan Azərbaycanın tarixi tərəfdaşıdır. Biz bu ölkə ilə əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirə bildik

Aramızda məsafənin olmasına baxmayaraq, biz ikitərəfli əməkdaşlığı dərinləşdirmək niyyətindəyik”, - deyə Yunanıstanın XİN rəhbəri qeyd edib.

O, həmkarı Elmar Məmmədyarovu Afinaya səfərə dəvət edib.

N. Kotzias energetika sahəsində əməkdaşlıq məsələsinə toxunub. Onun sözlərinə görə, TAP layihəsinin reallaşdırılması Azərbaycanın qazının Avropaya çatdırılmasında mühüm addımlardan biridir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edən XİN rəhbəri bildirib ki, Yunanıstan ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.

"Biz Bakının bu məsələdə tutduğu mövqeyini dəstəkləyirik”, - deyə N.Kotzias diqqətə çatdırıb.
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM