Ukraynanın Xarici İşlər Nazirliyi Gürcüstanın müxalifətçi demokratik hərəkatının lideri Nino Burcanadzenin persona non-qrata elan edilməsi ilə bağlı işi Təhlükəsizlik Xidmətinə yollayıb.
Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda "AvroPravda” öz mənbələrinə istinadən xəbər verib. Xəbərə görə, bu təqdimata onun Krımı Rusiyanın ilhaqını dəstəkləməsi ilə bağlı açıq-aşkar söylədiyi fikri səbəb olub.
Mənbə onu da bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti hələ iyul ayının ikinci yarısında onun bu ölkəyə gəlməsinə qadağa nəzərdə tutan qərar qəbul edib. Qadağanın nə qədər qüvvədə olacağı açıqlanmır. Ancaq bir qayda olaraq bu müddət 5 il olur.
Nino Burcanadzenin Ukraynaya gəlişibə qadağa qoyulması ilə bağlı Gürcüstan KİV-ləri də məlumat veriblər. Bu təşəbbüslə bir neçə ictimai təşkilatının Ukrayna Xarici İşlər Nazirliyinə müraciət etdiyi bildirilir.
Burcanadze bu il iyulun 10-11-də Moskvada səfərdə olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !