Nişanlandığı iddia olunan 14 yaşlı qızın valideynləri polisə çağırılıb

14:12 | 15.06.2024
Nişanlandığı iddia olunan 14 yaşlı qızın valideynləri polisə çağırılıb

Nişanlandığı iddia olunan 14 yaşlı qızın valideynləri polisə çağırılıb

Gəncə şəhərində 14 yaşlı qızın nişanlanması ilə bağlı məlumat yayılıb.Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
 
O, 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyini yazıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Gəncədə 14 yaşlı qızın nişanlanması ilə bağlı onun valideynləri polis idarəsinə dəvət olunub:
 
"Məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb. Hər iki şxsin valideynləri polis idarəsinə dəvət olunub, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri izah olunub və erkən nikahın məsuliyyəti barədə məlumat verilib”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür