Xalq artisti Nisə Qasımova xərçəng xəstəliyinə tutulduğunu etiraf edib.
Anews.az xəbər verir ki, bir müddətdir xəstəliyini inkar edən sənətçi bu haqda sosial şəbəkə hesabında məlumat verib.
66 yaşlı müğənni əməliyyat olunduğunu bildirib. O, bundan sonra yeni mahnılar üzərində işləyəcəyini yazıb:
"Bəli, mən uzun müddətdir ki, görünmürdüm. Bundan sonra sosial şəbəkə hesabımda varam. Eşitdiyiniz xəbər doğrudur. Bəli, əməliyyat oldum, kiçik bir əməliyyatdır, narahat olmağa dəyməz. İstəməmişəm ağrılarımı, acılarımı sizə bildirim. Hər bir insanın başına xəstəlik gələ bilər. Elə böyük və qorxulu bir şey deyildi. Bundan sonra, yeni mahnılar üzərində işləyəcəm”.
Anews.az həmin görüntüləri təqdim edir:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !