“Niva”da qəza törədən dünya çempionu xəstəxanada keçindi – FOTO/VİDEO

18:03 | 30.06.2019
“Niva”da qəza törədən dünya çempionu xəstəxanada keçindi – FOTO/VİDEO

“Niva”da qəza törədən dünya çempionu xəstəxanada keçindi – FOTO/VİDEO

Ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Fərhad Poladov dünyasını dəyişib.
"Musavat.com” xəbər verir ki, 2013-cü ildə MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazanan Fərhad Poladov vəfat edib.

O, əməliyyat olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, F.Poladov dünən "Koroğlu” metrostansiyasının yaxınlığında özünün "Niva” avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və "Hyundai” markalı avtomobillə toqquşub.

O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat edilib.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM