Niyaməddin Əhmədovun həbsinə etiraz olaraq bir qrup Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü 17 saylı Cəzaçəkmə müəssisəsinin önündə etiraz aksiyası keçirir.
Bu barədə anews.az-ın hadisə yerində olan müxbiri məlumat verib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov 2020-ci ildə həbs olunub.
Partiyadan bildirilib ki, onun həbsi qanunsuzdur:
"15 aprel 2020 ci il tarixdə güya karantin qaydalarını pozduğu üçün saxlanılan və 30 gün inzibati həbs alan AXCP fəalı və partiya sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov barədə qondarma cinayət işi açılıb. İnzibati həbsdə olduğu müddətdə onu inzibati saxlama yerindən DTX-ya apararaq işgəncə vermiş və AXCP sədri Əli Kərimli, o cümlədən başqa partiya üzvləri haqqında yalan ifadələr verməyə məcbur etmişdilər. 10 gün DTX da saxlanılandan sonra 9 may tarixində yenidən DİN inzibati həbs olunanların saxlanma məntəqəsinə gətirilsə də, həbs müddəti bitdikən sonra azadlığa buraxılmamışdır", - partiyanın bəyanatında deyilir.
Dövlət Təhlükəsizliyi Xidməti işgəncə iddialarını təkzib edib və məlumatı "yanlış" adlandırıb.

AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədovun həbsdə aclıq aksiyası keçirməsi ilə bağlı məlumatlar yayılıb.
AXCP yayılan məlumatı təsdiqləsə də, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat katibi bildirib ki, N.Əhmədovun aclıq aksiyası keçirməsi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !