Məşhur "Forbes" jurnalı Moskvada keçirilən "Dünya gözəli" yarışmasını təşkil edən ata-oğul Ağalarovdan yazıb. Jurnalın əməkdaşı ilə söhbətində təşkilatçılar "Dünya gözəli"nin "Krokus-Siti"də keçirilməsinin daha sərfəli olmasından, eləcə də Donald Trampın bu yarışın Moskvada keçirilməsinə necə razılıq verməsindən danışıblar.
Noyabrın 9-da "Dünya gözəli" müsabiqəsi ilk dəfə Rusiyada, "Krokus Siti Holl"da baş tutdu. Yarışın keçirildiyi meydançanın sahibləri Araz Ağalarov ("Forbes"in Rusiya reytinqində 56-cı yeri tutur, varidatı - 1,8 milyard dollar) və onun oğlu Emin böyük imicə malik bu layihədən hansı faydaları əldə etmək istədiklərindən, müsabiqənin büdcəsinin nə qədər olmasından və müsabiqənin sahibi, amerikalı milyarder Donald Trampla yeni müqavilələr bağlamaları barədə "Forbes" jurnalına açıqlama veriblər. Milyarderi Donald Tramp "Organization" şirkətinin prezidentidir və ən zəngin amerikalıların reytinqində 134-cü yerdədir, varidatı - 3,5 milyard dollar təşkil edir.
Forbes: Sizin biznes-lahiyəniz olan "Krokus Siti Holl"a bu tədbiri keçirmək nə üçün lazım idi?
Araz Ağalarov: Söhbət yalnız "Krokus Siti Holl"dan getmir, bütovlükdə "Krokus Siti" meydançasından gedir (Moskvada ticarət-sərgisi və iş mərkəzi - "Forbes"). Bizim üçün "Krokus-Siti"nin dünya miqyasında mövqeyi çox əhəmiyyətlidir, çünki biz beynəlxalq tədbirləri artıq burada keçiririk və bundan sonra da keçirməyi planlaşdırırıq: sərgilər, forumlar, konfranslar. Burada "Dünya gözəli" yarışmasının keçirilməsi bir daha onu təsdiq etdi ki, bizim meydançamız belə tədbirlər üçün nəzərdə tutulub. Konsert fəaliyyətinə gəlincə, bu məsələni Emin daha yaxşı bilər.
Emin Ağalarov: Menecerlər hər hansı turu planlaşdırırkən, onlar məhz elə zallar seçirlər ki, orada öz artistlərini aydın şəkildə görə bilsinlər. Hər şəhərin öz flaqman zalı var: Nyu-Yorkda "Madison Square Garden", Londonda "Royal Albert Hall". İndisə "Krokus Siti Holl" əsas zal kimi Rusiyanın xəritəsinə düşür. Biz "Krokus Siti Holl"da keçirilən konsertlərin sayını yüksəldirik. Hazırda onları sayı 270-dir. Bu səhnədə yalnız bizim sevdiyimiz və hörmət etdiyimiz Rusiya artistləri olmayacaq. Bundan başqa, Şade, Elton Con kimi artistləri də bura dəvət edəcəyik. Bax, "Krokus Siti Holl"un qarşısında duran məsələ budur.
Biz inanırıq ki, belə tədbirləri düzgün təşkil edirik. Araz İskəndəroviçin düzgün qeyd etdiyi kimi, bu layihə eyni zamanda bizim sərgi və mehmanxana biznesimizi də inkişaf etdirəcək. Bu ərazidə üç mehmanxana olacaq. Nömrələrin ümumi miqdarı isə 1500-dür. Bizdə ticarət mərkəzi var, ümumi ərazisi təxminən 480 000 kv. m-dir. Buna görə də parlaq və beynəlxalq səviyyədə olan hər nə varsa, bizim üçün vacibdir, bu da yenidən "Krokus Siti"ni xatırladır. Biz belə layihələrin məqsədəuyğunluğuna və faydalılığına inanırıq.
Forbes: Donald Trampla birgə layihə planlarınız varmı? Lap elə inşaatla bağlı olsun?
A. A.: Biz, yeri gəlmişkən, sizinlə görüşməzdən əvvəl onunla birgə layihələrimizə baxırdıq. Sadəcə fikirlərimizi bölüşürdük. O dedi ki, bu, kifayət qədər maraqlıdır.
E. A.: Hələ birini başa vuraq, sonra növbəti ilə məşğul olarıq. Amma nəzəri cəhətdən belə bir imkanı nəzərdən keçirə bilərik ki, "Krokus" ərazisində olan göydələnlərdən biri "Trump Tower" olacaq.
Forbes: Yarışma büdcəsi 20 milyon dollar təşkil edib. Bu məbləğ necə bölünür?
E.A.: Bu məbləğin təxminən üçdə biri hüquqların dəyəridir. Daha üçdə biri bütün təşkilat xərcləridir. Yerdə qalan üçdə biri isə dekorasiya, prodakşn, birbaşa yayım, çəkiliş və şounun canlı yayımı üçün daşına bilən televiziya stansiyalarının payına düşür. İngiltərədən gətirdiyimiz yüksək ayırdetmə dəqiqliklərinə də vəsait ayrıldı. Bizdə ilk dəfə ekranla piksellər arasında məsafəsi üçmillimetr olan ekranlar oldu, bu da HD şəkilini canlandırmağa imkan verdi. O, müsabiqə zamanı təxminən doqquz dəfə dəyişən dekorasiyalara birləşdirilmişdir. Prodakşn üzərində işləyən işıqçılar və bütün komanda Svetoviki və bütün komanda, "Qremmi" və "Oskar"ı hazırlayan insanlar idi.
Forbes: Başqa xarici biznesmenlərlə əlaəqləriniz və "Dünya gözəli" səviyyəsində digər razılaşmalarınız varmı?
A. A.: Əgər siz bizim tədbirlərimizin qrafikinə baxsanız, onda görəcəksiniz ki, srağagün tibbi forum bitdi. Və Ümumdünya Tibbi Forumundan söhbət gedir. Gələn ilin sentyabrında bizdə böyük avto nümayiş olacaq və bu avto nümayiş dünyanın böyük avtosalonlarının beşliyinə daxildir. Tikinti, mebellə bağlı çox böyük sərgilərimiz nəzərdə tutulub. Biz il ərzində 250-dən çox sərgi keçiririk və onlardan təxminən 200-ü beynəlxalq dərəcəlidir. Sadəcə, bu il üçün siyahıda ən əhəmiyyətlisi və parlağı "Dünya gözəli" oldu.
E.A.: Və seqment daha genişdir. Yəni onlar peşəkarlar sənayeni maraqlandırırlar.
A.A.: "Dünya gözəli" səviyyəsində dünyada cəmi 10 tədbir var.
E.A.: Olimpiada, "Formula-1", futbol üzrə Dünya çempionatı, "Avroviziya", "Oskar", "Qremmi", "Dünya gözəli"... Reytinq üzrə, "Dünya gözəli" qış Olimpiadasıyla rəqabət aparır.
Forbes: Bəs "Kainat Gözəli" necə?
E.A.: İzləyicilərinin sayı "Dünya gözəli" qədər olan başqa bir gözəllik müsabiqəsi yoxdur. Bu yarışmaya bir milyard adam canlı yayımla, ümumilikdə isə 2,5 milyard adam baxır, 175 ölkədə translyasiya edilir. Yəni bu miqyasda ancaq Olimpiada ola bilər.
Forbes: Hər şey "Dünya gözəli - 2012" qalibinin iştirak etdiyi klipdən başladı, düzmü anlayıram?
E. A.: Hər şeyin əvvəli sadə olur. "Dünya gözəli" mənim "Amor" sinqlimlə bağlı klipə çəkildi. Sonra biz onun menecmenti ilə tanış olduq, sonra onlar Rusiyaya gəldilər, Araz İskəndəroviçlə tanış oldular. Biz Donald Trampla görüşdük, əl sıxışdıq. Bir neçə ay keçdi və "Dünya gözəli" yarışması "Krokus Siti Holl"dadır.
Forbes: Yeni "Dünya gözəli" ilə klip çəkəcəksinizmi?
E. A.: Biz elə indicə klipin çəkilişlərindən qayıtdıq (müsahibə 9 noyabrda, səhər saatlarında alınıb - "Forbes".). Biz şounun bütün iştirakçılarını və hətta Donald Trampı klipimizə çəkdik. Həmin klip gələn həftə hazır olacaq.
ANN.Az