Masalar yeməklərin ağırlığına tab gətirmir. Qızlar adi gəzintiyə elə geyinirlər ki, adamın ruhu yerindən oynayır. Oğlanlar isə mobil telefonlarının və maşınlarının bahalılığı ilə öyünürlər. Bu kimi mənzərələri gördükcə belə təsəvvür yaranır ki, Azərbaycanda qeyri-mümkün heç nə yoxdur. Restoranda şam eləmək üçün Parisə yollanmaq nişanlı qıza 101 ədəd qızılgül hədiyyə etmək qədər asan olub. Təəssüf ki, bəhsə girmək müqabilində bu cah-calalın arxasınca həm varlı, həm də kasıb olanlar qacır. Gözəl həyat nümayişi isə qanunauyğun sual doğurur; niyə Azərbaycanda cah-calalı belə sevirlər?Orta statistik azərbaycanlının varlı olduğunu demək olmaz. “EXO” qəzetinin yazdığına görə, 2013-cü ildə adambaşına düşən gündəlik orta gəlir 10 manat təşkil edib. Ancaq bu gəlirin sahibi etiraf etməyə qorxur ki, bu və ya digər şeylər onunçün çox bahadır, verəcəyi pula dəyməz və ümumiyyətlə, heç almaq da lazım deyil. Bəs bu statistikanın müqabilində cah-calala can atmağın səbəbi nədir?Səbəblərdən biri: Azərbaycan mədəniyyətini kollektiv mədəniyyətlərə aid etmək olar. Belə mədəniyyətə sahib olanlar ətrafdakıların onun xarakteri haqqında fikirlərini, sosial iyerarxiyada başqalarının yanındakı yerini özləri üçün son dərəcə əhəmiyyətli hesab edirlər. Kollektiv mədəniyyətə aid olan insan özünü böyük qrupun bir hissəsi sayır, nəinki müstəqil şəxsiyyət kimi formalaşmağa üstünlük verir. Bundan başqa, təmtəraqlı əşyalar, bahalı telefonlar və zinyət əşyaları əldə edərək, o, başqalarıyla rəqabətə daxil olub öz statusunu bu yolla təsdiq etməyə çalışır.Ancaq özünü belə nümayiş etdirmə kifayət qədər əcaib formalar ala bilər. Təsəvvürünüzə gətirin, iki yaşlı qız anası ilə birlikdə sizə tərəf gəlir. Qız sizə gülümsəyir və qızıl dişlərinin parıltısıyla sizi kor edir. Belə mənzərəni nadir hallarda olsa da, 90-cı illərdə müşahidə etmək mümkün idi. O zaman bizim həmyerlilərimiz arasında qızıl dişlərə sahib olmaq dəbdə idi. Məsələ burasındadır ki, özünə kifayət qədər diqqət cəlb edir, xüsusilə də danışarkən və ya gülümsəyərkən. Gözəl sağlam dişlər – insanın özünə baxmasına dəlalət edir. Bizim həmyerlilərimiz beləliklə ikitərəfli vəziyyətə düşürdülər – bir tərəfdən, onlar ailənin firavanlığını göstərirdilər, digər tərəfdən isə – belə çxırdı ki, qızıl dişlərin sahibi öz təbii dişlərindən və onlarla birlikdə sağlamlığından məhrub olub. İndi qızıl dişlər dəbi keçibdir, amma firavanlıq nümayişinə ehtiras keçməyib və başqa forma alıb.Təmtəraqlı predmetlərin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, onlar həzz verməlidirlər. Elit saatın zərif dizaynı, bahalı pendirin dadı və sairə. “Apple” şirkətinin tapıntısı da elə bundan irəli gəlir. Mərhum Stiv Cobs deyirdi ki, “Apple” kompüterlərinin klavişləri konfetlərə bənzəyir, bu konfetləri adam yalamaq istəyir. Bu şirkətin müvəffəqiyyətinin əsası bu idi; detalların dəqiq işlənilmədi və nəticə kimi, istifadəçinin onun məhsullarından aldığı estetik həzz.Sual yaranır – istənilən şəxs təmtəraqlı olmağa can atır, yoxsa bununçün müəyyən xarakterlərə malik olmaq lazımdır? Xarakterlərin müxtəlif təsnifatları mövcuddur. Onlardan birinə, daha doğrusu, psixiatrı Leonqarda məxsus təsnifata görə, təmtəraqa əsasən üzdə olan şəxsiyyətlər cəhd edir. Onlar mahirdirlər, müxtəlif rollara asanlıqla daxil olurlar, şöhrət və gurultulu alqışlar istəyirlər. Tərif olunmağı sevirlər. Onların neqativ xüsusiyyətləri də var – daimi diqqət mərkəzində olmağı arzulayırlar, başqa insanların ünvanına söylənilən tərifə dözümsüz yanaşırlar, qıcıqlandırıcı dərəcədə özünə güvənirlər və yüksək iddiaları var. Onlar sosial şəbəkələrdə yaza bilərlər ki, məsələn, bp-də işləyirlər, amma əslində bu firmaya heç bir aidiyyatları yoxdur.Demək olmaz ki, Azərbaycanın bütün vətəndaşları belədir. Ancaq bu və ya digər nümayişkaranə xüsusiyyətlər bir çox insanlarda var. Məhz nümayişkaranə insanlar təmtəraq və gözəl həyata xüsusi qiymət verməyə meyllidirlər. Onlar elit və analoqu olmayan şeyləri sevirlər. Şəhərdə ən bahalı maşın, ən bahalı telefon və özünə maksimal diqqəti cəlb edəcək başqa şeylər. Buna görə bəzi insanlar ehtiyac duyduqları bəzi şeylərdən imtina etməyə və ya düşünülməmiş hərəkətlər etməyə hazırdırlar – məsələn, mənzili olmaya-olmaya və avtomobilə baxmağa imkanı çatmaya-çatmaya mənzil qiymətində avtomobil almaq.Nümayişkaranə insanlar haradan çıxırlar? Psixoanalitiklər belə hesab edirlər ki, bu cür xarakterin əsasında sosial cəhətdən qəbuledilməz arzuların, xüsusilə də seksual arzuların boğulması dayanır.Başqa rəylərə görə, uşaqlarda nümayişkaranəliyin yaranma səbəbi valideynlərin güclü uşaq emosiyalarına reaksiya verməməsidir. Valideynlərin bacardıqları yeganə iş – uşaq qəzəbinin, incikliyinin, kədərinin və başqa halların qarşısını almaqdır. Uşaq valideynlərinin təsiri altında öz emosiyalarını ifadə edə bilmir. Ona görə də uşaq öz arzularını iqnor edir və alqışlanacağına ümid bəsləyircəsinə hərəkətlər etməyə meyllənir. O, başqaları tərəfindən ciddi dəstəyə ehtiyac duyur və buna da «düzgün hərəkətlə» - öz statusunu nümayiş etdirməklə (əgər başqaları mənə hörmət edirsə, yaxşı pul verirsə, onda sən də belə etməlisən), bahalı hədiyyələrlə və gözəl jestlərlə nail olmağa çalışır. Var-qüvvəsiylə varlı, uğurlu və xoşbəxt olduğunu göstərməyə çalışır, amma bəlkə də bu, belə deyil. Ancaq o, öz qeyri-səmimiliyini hiss etmir, çünki özü-özünü və tələbatlarını anlamır. Əlavə etmək lazımdır ki, nümayişkaranə ailə elə nümayişkaranə şəxsiyyət formalaşdırırda. Maddi vasitələrin köməyi ilə öz var-dövlətini sübut etməyə ehtiyac duyur.Deyilənlərdən belə nəticə çıxarmaq olmaz ki, cah-cəlala, nümayişkaranəliyə və başqa bu kimi şeylərə cəhd etmək hansısa anlamda mühakimə olunmalıdır. Aktyorlar, müğənnilər, incəsənət xadimləri kimi nümayişkaranə insanlar olmadan həyatımızı təsəvvür etmək çətin məsələdir. Elə həminki cah-cəlal, artıq qeyd etdiyimiz kimi, həzz almaq vasitəsidir. Amma hər bir şeydə ölçü olmalıdır , bu və ya digər bir hərəkətin son məqsədini anlamaq lazımdır və özünə-cibinə ziyan vuracaq hərəkətlərə yol verməmək şərtilə...ANN.Az