Lakin Bakıda həmçinin, ingilisdilli məktəblər də fəaliyyət göstərir və onlar da SSRİ dağılandan sonra yaradılıb. İlk ingilisdilli məktəb Baku Oxford School idi. İndi bu məktəbdə təhsil haqqı ayda 1300 manat və ya ildə 11700 manat təşkil edir. Fəaliyyətinin ilk illərində bu məktəbdə aylıq təhsil haqqı 500 manat idi. Üç il bundan əvvəl qiymətlər kəskin surətdə artdı və bu tədbir yalnız məktəbə yeni daxil olanlara deyil, həm də yuxarı sinif şagirdlərinə aid edildi.
İngilisdilli məktəblər arasında təhsilin ildə 13500 manata başa gəldiyi British School da çox populyardır.
Anews.az olaraq, Azərbaycanda rusdilli məktəblərin ingilisdilli məktəbələrə nisbətən niyə çox və ucuz, əksəriyyətinin isə pulsuz olmasını ekspertlərlə danışdıq.
Millət Vəkili Aydın Mirzəzadə deyir ki, bu, daha çox Rusiyayala qonşuluq əlaqələrinə və qədim bağlara görədir.
Onun sözlərinə görə, Azərbaycan əhalisinin içində xeyli sayda rusəsilli və rusdilli azərbaycanlı var.
"Azərbaycan əhalisinin içində xeyli sayda rusəsilli və rusdilli azərbaycanlı var. Bu dilə təlabat daha çoxdur. Dövlət öz hesabına imkanlar yaradanda, tələbatları nəzərə alır. Bu gün Azərbaycanda Rus dilinə ciddi tələbat var və ona görə də dövlət bu bu yöndə daha geniş imkanlar yaradır, əgər İngilis dilinə təlabat daha geniş olsa, bu məsələ də nəzərə alınacaq”, - deyə Millət vəkili bildirib.
Aydın Mirzəzadə deyir ki, indiki halda vətəndaşlar seçimlərindən asılı olaraq ödəniş də etməlidirlər.
Onun sözlərinə görə, məktəblərdə tədris olunan İngilis dilindən daha keyfiyyətlisin istəyirlərsə, özəl kurslara, məktəblərə müraciət edə bilərlər.
"Bilirsiniz, hazırda Azərbaycan məktəblərində İngilisn dili tədris olunur. Məktəblərdə tədris olunan səviyyə ilə də bu dili öyrənmək olar. Əgər vətəndaşlar daha keyfiyyətli formada öyrənmək istəyirlərsə İngilis dilini, özəl kurslara, məktəblərə müraciət edə bilərlər. Söhbət təkcə İngilis dilindən getmir, Alman, Fransız və s dillər də ola bilər”, - deyə Millət vəkili fikrini bitirib.
Təhsil eksperti Nabatəli Qulamoğlu da düşünür ki, bu, Azərbaycanda rusdilli vətəndaşların çoxluğu ilə əlaqəlidir.
Onun sözlərinə görə, bütün hallarda ingilisdilli məktəblərdə də illik və ya aylıq insanlarıb gəlirlərinə uyğun olmalıdır.
"Bu, daha çox rusdilli vətəndaşların çoxluğu ilə əlaqəlidir. Bununla yanaşı özəl və dövlət dektorlarında da işəgötürənlər kriteriya kimi daha çox Rus dilini qoyurlar. Ona görə də rusdilli məktəblər çoxluq təşkil edir və əksəriyyəti pulsuzdur. Lakin dövlət öz resurslarından ingilisdilli məktəblərin də genişlənməsi üçün istifadə etməlidir. Bu gün dünyada İngilis dili qlobal mənada əsas dil kimi qəbul olunur. Ona görə də, Azərbaycan da bu dilə önəm verməli və onun müxtəlif formalarda tədrisi üçün maraqlı olmalıdır”, - deyə təhsil eksperti Nabatəli Qulamoğlu bildirib.
Həzi
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !