Niyə Azərbaycanda rusdilli məktəblər ödənişsiz, ingilisdilli məktəblər isə bahadır?

10:30 | 22.10.2019
Niyə Azərbaycanda rusdilli məktəblər ödənişsiz, ingilisdilli məktəblər isə  bahadır?

Niyə Azərbaycanda rusdilli məktəblər ödənişsiz, ingilisdilli məktəblər isə bahadır?

Hazırda Bakı istisna olmaqla, respublika üzrə tədrisi yalnız rus dilində olan 15 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblər Naxçıvan şəhərində (1), Balakən (3), Qəbələ (3), Quba (2), Qusar (2), Qax (1), Zaqatala (1), Goranboy (1), Xaçmaz (1) rayonundadır. Respublika üzrə 314 məktəbdə tədris Azərbaycan və rus dillərində, 1 məktəbdə isə Azərbaycan, rus və gürcü dilində aparılır. Ağsu, Yardımlı, Lerik, Xızı, Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Xocalı, Xocavənd, Cəbrayıl, Şuşa rayonlarında rus bölməsi olan məktəb yoxdur. Respublikanın qalan bütün şəhər və rayonlarında rus bölməsi olan məktəblər fəaliyyət göstərir. Bakı da daxil olmaqla, 340 orta məktəbdə tədris rus dilində aparılır: Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir. Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. Ali təhsil müəssisələrinin demək olar ki, bütün fakültələrində rus bölməsində təhsil alan tələbələr var.

Lakin Bakıda həmçinin, ingilisdilli məktəblər də fəaliyyət göstərir və onlar da SSRİ dağılandan sonra yaradılıb. İlk ingilisdilli məktəb Baku Oxford School idi. İndi bu məktəbdə təhsil haqqı ayda 1300 manat və ya ildə 11700 manat təşkil edir. Fəaliyyətinin ilk illərində bu məktəbdə aylıq təhsil haqqı 500 manat idi. Üç il bundan əvvəl qiymətlər kəskin surətdə artdı və bu tədbir yalnız məktəbə yeni daxil olanlara deyil, həm də yuxarı sinif şagirdlərinə aid edildi.


İngilisdilli məktəblər arasında təhsilin ildə 13500 manata başa gəldiyi British School da çox populyardır.

Anews.az olaraq, Azərbaycanda rusdilli məktəblərin ingilisdilli məktəbələrə nisbətən niyə çox və ucuz, əksəriyyətinin isə pulsuz olmasını ekspertlərlə danışdıq.

Millət Vəkili Aydın Mirzəzadə deyir ki, bu, daha çox Rusiyayala qonşuluq əlaqələrinə və qədim bağlara görədir.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin içində xeyli sayda rusəsilli və rusdilli azərbaycanlı var.



"Azərbaycan əhalisinin içində xeyli sayda rusəsilli və rusdilli azərbaycanlı var. Bu dilə təlabat daha çoxdur. Dövlət öz hesabına imkanlar yaradanda, tələbatları nəzərə alır. Bu gün Azərbaycanda Rus dilinə ciddi tələbat var və ona görə də dövlət bu bu yöndə daha geniş imkanlar yaradır, əgər İngilis dilinə təlabat daha geniş olsa, bu məsələ də nəzərə alınacaq”, - deyə Millət vəkili bildirib.

Aydın Mirzəzadə deyir ki, indiki halda vətəndaşlar seçimlərindən asılı olaraq ödəniş də etməlidirlər.

Onun sözlərinə görə, məktəblərdə tədris olunan İngilis dilindən daha keyfiyyətlisin istəyirlərsə, özəl kurslara, məktəblərə müraciət edə bilərlər.

"Bilirsiniz, hazırda Azərbaycan məktəblərində İngilisn dili tədris olunur. Məktəblərdə tədris olunan səviyyə ilə də bu dili öyrənmək olar. Əgər vətəndaşlar daha keyfiyyətli formada öyrənmək istəyirlərsə İngilis dilini, özəl kurslara, məktəblərə müraciət edə bilərlər. Söhbət təkcə İngilis dilindən getmir, Alman, Fransız və s dillər də ola bilər”, - deyə Millət vəkili fikrini bitirib.

Təhsil eksperti Nabatəli Qulamoğlu da düşünür ki, bu, Azərbaycanda rusdilli vətəndaşların çoxluğu ilə əlaqəlidir.

Onun sözlərinə görə, bütün hallarda ingilisdilli məktəblərdə də illik və ya aylıq insanlarıb gəlirlərinə uyğun olmalıdır.



"Bu, daha çox rusdilli vətəndaşların çoxluğu ilə əlaqəlidir. Bununla yanaşı özəl və dövlət dektorlarında da işəgötürənlər kriteriya kimi daha çox Rus dilini qoyurlar. Ona görə də rusdilli məktəblər çoxluq təşkil edir və əksəriyyəti pulsuzdur. Lakin dövlət öz resurslarından ingilisdilli məktəblərin də genişlənməsi üçün istifadə etməlidir. Bu gün dünyada İngilis dili qlobal mənada əsas dil kimi qəbul olunur. Ona görə də, Azərbaycan da bu dilə önəm verməli və onun müxtəlif formalarda tədrisi üçün maraqlı olmalıdır”, - deyə təhsil eksperti Nabatəli Qulamoğlu bildirib.

Həzi



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM