Misirin
Hədəviyyə kitabxanasında Nizami təxəllüsü ilə türk dilində yazılmış divan iddia edildiyi kimi Nizami Gəncəviyə deyil başqa şairə aiddir. Bunu filologiya elmləri üzrə fəlsəfə doktoru, Nizamişünas alim, "Daragchi” nəşriyyatının rəhbəri Rustamjon Djabbarov bildirib.
"Araşdırmalar nəticəsindəbu divanın Nizami təxəllüslü başqa birinə məxsus olması barədə məlumatlar əldə
etdim. Faktlara əsaslansaq görərik ki, ədəbi yaradıcılıqda Nizami təxəllüsü ilə
yazan şairlər çox olub. Əgər Nizami əsl türk şairi, türkcə əsərlər yazmağa
malik olan bir şəxs olubsa mütləq o türkcə yazıb. Axsitana yazdığı məktubundan
da bunu görmək olar ki, o türkcə yazmağa malik bir şair idi. Lakin dahi şair
bunu edə bilmir və çox məyus olur. Türkcə söz yazmağın ona aid olmadığını
deyir. Hətta bunu öz oğluna da bildirir. Əlişir Nəvai bu barədə öyrənir və özünün "Leyli və Məcnun” əsərində qeyd edir
ki, Nizami bu işi o dövrün tələbinə görə yerinə yetirə bilmədiyi üçün bunu ilk mən etdim və bununla türklərə, türk
ədəbiyyatına töhfə vermiş oldum”, deyə
Djabbarov qeyd edib.
Özbəkistan alimi Nizaminin əsərlərinin nəinki Nəvai, digər
yazıçıların əsərləri üçün də ilham mənbəyi olduğunu və bunu Nizaminin necə dahi
şair olduğuna nümunə kimi gördüyünü diqqətə çatdırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !