Nizami Gəncəviyə həsr olunmuş tədbir

09:36 | 19.12.2013
Azərbaycanın Aktaudakı baş konsulluğunun və bu şəhərin akimliyinin (meriya) təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilmişdir.Baş konsulluqdan AzərTAc-a bildirmişlər ki, tədbir Aktauda fəaliyyət göstərən “Dostluq” Azərbaycan Milli Mədəni Mərkəzi və Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetindəki Azərbaycan Respublikasının Tarixinin və Mədəniyyətinin Tədqiqatı Mərkəzi tərəfindən təşkil edilmişdir.Aktaudan “Abay” mədəniyyət evində keçirilən tədbirə şəhər ictimaiyyətinin, dövlət qurumlarının, diplomatik korpusun nümayəndələri və Azərbaycan diasporunun təmsilçiləri qatılmışlar.Mərasimdə baş konsul Rəşad Məmmədov çıxış edərək dahi şair Nizami Gəncəvinin həyatı və zəngin ədəbi yaradıcılığı haqqında məlumat vermiş, tədbirin təşkilinə göstərdiyi dəstəyə görə Aktau akimliyinə təşəkkür etmişdir.Aktau şəhərinin akimi Edil Janbırşin Qazaxıstanda yaşayan xalqlarla bağlı aparılan siyasət, bu istiqamətdə həyata keçirilən dövlət proqramları haqqında məlumat vermişdir.Azərbaycan Respublikasının Tarixi və Mədəniyyətinin Tədqiqatı Mərkəzinin rəhbəri Yusif Quliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru Vəfa Hacıyeva tədbirin əhəmiyyətini vurğulamış, böyük şairin həyatı, zəngin yaradıcılığı ilə bağlı məlumat vermişlər.Tədbirdə Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri Nizami Gəncəvinin şeirlərini söyləmişlər. Həmçinin 1982-ci ildə çəkilmiş, SSRİ Xalq Artisti Müslüm Maqomayevin baş rolu oynadığı “Nizami” filmi nümayiş etdirilmişdir. ANN.Az

Tərəfdaşların xəbərləri

REKLAM