Nizami Paşayev işdən çıxarıldı

15:43 | 26.12.2013
Nizami Paşayev işdən çıxarıldı

Nizami Paşayev işdən çıxarıldı

Ağırlıqqaldırma üzrə yeniyetmələrdən ibarət milli komandamızın baş məşqçisi Nizami Paşayev istefaya göndərilib.Bu barədə Lent.az-a Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərov məlumat verib.Əsgərovun sözlərinə görə, ikiqat dünya çempionunun istefasına yığmamızın 2014-cü ildə Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməməsi səbəb olub.Komandamız bu il Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında medalsız qalaraq, ümumi sıralamada 19-cu yeri tutub. Nəticədə millimizin heç bir üzvünə Nanjinq olimpiadasına vəsiqə verilməyib. AAAF rəsmisi lisenziya üçün gələn il keçiriləcək Avropa çempionatında çox cüzi şanslarının olduğunu əlavə edib.Əsgərov bildirib ki, Paşayevə əsas yığmamızda baş məşqçi Zlatan Vanevin köməkçisi və AZAL idman klubunda ağırlıqqaldırma növü üzrə baş məşqçi vəzifəsi təklif olunub. Məşhur atletimiz ilk təklifdən imtina edib, digəri üzərində isə düşünməyə vaxt istəyib.AAAF rəsmisi Paşayevin istənilən halda işsiz qalmayacağını da əlavə edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM