Nümayəndə heyəti Əhməd Yəsəvi adına universitetdə - FOTO

13:59 | 31.05.2014
Nümayəndə heyəti Əhməd Yəsəvi adına universitetdə - FOTO

Nümayəndə heyəti Əhməd Yəsəvi adına universitetdə - FOTO

Qazaxıstanda Turan şəhərinin açılışı və bu münasibətlə türk xalqlarının qurultayına qatılan Azərbaycan nümayəndə heyəti Türküstan şəhərində yerləşən  Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetində olublar. 
ANN.Az-a verilən məlumata görə, Yeni Nəfəs Hərəkatının sədri Seymur Həsənli, AMEA-nın alimi, elmlər doktoru Babək Abuşov, Xarici Dillər Universitetinin professoru Məhəmməd Teymurlu, ATXƏM icraçı direktoru İlqar İlkin, “Yeni Çağ” qəzetinin rəhbəri Aqil Ələsgər, jurnalist Tamilla Qulami universitetin binalarını gəzərək rektorluqda görüşdə olublar.
Bülent Şenin rəhbərliyi və bələdçiliyi ilə gerçəkləşən ziyarət zamanı nümayəndə heyəti universitetdə təhsil alan azərbaycanlı tələbələrlə maraqlanıb, universitetin türk ölkələrinin münasibətlərinin inkişafında rolu haqqında bilgi əldə ediblər. Müxtəlif dekanlıqlarda və rektorluqda görüşlər keçirən nümayəndə heyəti universitet rəhbərliyinə kitablar hədiyyə ediblər. Görüşün sonunda əlaqələrin inkişafı və əməkdaşlığa dair razılığa gəlinib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb