Nobel mükafatı mərasimi öncəsi bomba çaxnaşması

16:20 | 09.12.2014
Nobel mükafatı mərasimi öncəsi bomba çaxnaşması

Nobel mükafatı mərasimi öncəsi bomba çaxnaşması

Norveçin paytaxtı Osloda çərşənbə günü təşkil ediləcək Nobel sülh mükafatı mərasimi öncəsi bomba çaxnaşması yaşanıb.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, şəhərin təhlükəsizlik üzrə rəsmilərindən biri Yohan Frederiksen mətbuat konfransında bildirib ki, "Clarion Hotel Royal Christiania" otelində bir müştəri işçilərdən birini girov götürüb. Bundan sonra otel xidmətçisini çağırıb və ona bir kağız verib. Kağızda girov əvəzində 1 milyon avro istənilib. Əks halda şəhər mərkəzinə yerləşdirilən bir bombanın partladılacağı yazılıbmış.

Bundan sonra şəhərdə çaxnaşma yaranıb. 5 saat davam edən danışıqlardan sonra şübhəli tutulub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti