Nobel mükafatçısından yeni ixtira - Elmdə ilk

19:34 | 27.11.2014
Nobel mükafatçısından yeni ixtira - Elmdə ilk

Nobel mükafatçısından yeni ixtira - Elmdə ilk

Nobel mükafatçısı amerikalı fizik Erik Betzig və onun komandası ilkə imza atıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, onlar yaşayan hüceyrələrin içindəki kimyəvi prosesi real vaxtda və 3D keyfiyyətində izləməyi təmin edən yeni bir mikroskop yaradıb. Ötən illərdə üzərində çalışdığı bir mikroskopla 8 oktyabrda kimya sahəsində Nobel mükafatına layiq görülən 3 elm adamından biri olan Betzig bu səfər də yeni mikroskopu ilə səs-küy yaradıb.ABŞ-ın Vircinia ştatındakı "Hoard Hughes Səhiyyə İnstitutu"nda işlərini davam etdirən Betzig ənənəvi mikroskoplardakı sərhədləri "floresan" adı verilən molekulların köməyi ilə aşıb. Onun araşdırmasına görə, bir "floresan" molekulu hüceyrənin müxtəlif hissələrinə yapışa bilir. Onun mikroskopu ilə hüceyrənin real vaxtda olan görüntüləri əldə edilir. Bir hüceyrə görünüşünün ətraflı şəkildə əldə edilməsində 40 min100 min arasında fotoşəkil çəkilir.Bu mikroskop sayəsində elm adamları hüceyrəyə zərər vermədən, yaxud çox az zərərlə içindəki müddəti daha detallı bir şəkildə incələyə biləcək. Bu da bir çox xəstəliyin müalicəsində istifadə edilə biləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM