• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Nobel prospekti genişləndirilir - paralel 8 zolaq

Nobel prospekti genişləndirilir - paralel 8 zolaq
03.06.2014 23:00
Dənizin kənarı ilə yeni tikilən yolun layihələndirilməsinə 2013-cü ildən başlanılıbBakının mərkəzində Nobel prospektinə paralel çəkilən yeni 8 zolaqlı yolda tikinti işlərinin 80 faizi tamamlanıb.Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nın mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib ki, Nobel prospektinə paralel olaraq, dənizin kənarı ilə yeni tikilən yolun layihələndirilməsinə 2013-cü ildən başlanılıb: "Keçən ilin may ayından yolun keçəcəyi ərazilərdə söküntüyə başlanılıb. Hazırda ərazidə söküntü, eləcə də torpaq və kommunikasiya işləri davam etdirilir. 1,75 km dənizə paralel yol gedəcək. Həmin hissənin sonunda da bir dairəvi qovşaq olacaq. Həmin istiqamətdən birbaşa Nobel prospektinə çıxacaq. Beləliklə də həmin istiqamətdə Neftçilər və Nobel prospektlərinin yükü azaldılacaq".Ümumi uzunluğu 2, 26 km, eni isə 45 m olan yeni yol 8 hərəkət zolağından ibarət olacaq. Mütəxəssislər hesab edir ki, yeni yol tam istifadəyə verildikdən sonra Neftçilər prospektinin avtomobil yükünü tamamilə azaltmış olacaq.Yol boyunca hər tərəfdə səki ilə yanaşı, hərəkət hissəsini ayıran ayrıca zolaq da nəzərdə tutulub. Yolboyu iki dairəvi qovşaq, üç piyada keçidi tikiləcək ki, onlardan biri üç, digərləri isə iki giriş-çıxışlı olacaq: “İki giriş-çıxışlı hissədə dörd, üç giriş-çıxışlı hissədə isə altı eskalator quraşdırılacaq. Piyada keçidinin birində işlərin böyük hissəsi icra olunub, digər ikisində isə 60%-i icra olunub. Ümumilikdə isə yolboyu torpaq işlərinin 80%-i icra olunub”."Azəryolservis" rəsmisi deyir ki, yeni salınacaq 8 hərəkət zolağından 1 hərəkət zolağı avtomobillərin park edilməsi üçün yeni tikiləcək avtoparka giriş çıxış üçün nəzərdə tutulur.Aparılan tikinti işlərində diqqət çəkən əsas məqamlardan biri də yeni yolun alt hissəsində avtoparkın salınmasıdır. Bu yeraltı parkinqdə gün ərzində 200-dən artıq avtomobil saxlanılması mümkün olacaq.Eyni zamanda gələcəkdə sözü gedən yoldan tunel vasitəsi ilə Ağ Şəhər istiqamətində də daha bir yolun salınması nəzərdə tutulur.Yeni yolun tikintisinə paralel olaraq Dəniz kənarı Milli Bulvar İdarəsi ərazisində də tikinti işləri aparılır. Burada müxtəlif iaşə obyektləri və insanların istirahəti üçün əyləncə mərkəzləri salınacaq.Qeyd edək ki, yeni yol Neftçilər prospektindən başlamaqla Nobel prospektinədək uzanacaq. Yolun 2014-cü ilin sonu - 2015-ci ilin I rübündə tamamilə istismara verilməsi gözlənilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:53
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
ABB cari ildə 80 milyon xalis mənfəət əldə edib
İqtisadiyyat 11:51
ABB cari ildə 80 milyon xalis mənfəət əldə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol