Məhdudiyyətlər yolun bir hissəsini əhatə edir.Bakının Xətai rayonunda yerləşən Nobel prospektində yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görülüb. Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, Nobel prospektinin müəyyən hissəsində, Çevik polis alayının inzibati binasının yaxınlığında, yolun hər iki tərəfində yeni qadağanedici və xəbərdarlıq işarələri qoyulub.İşarələrdən biri həmin hissədə maksimal sürətin məhdudlaşdırıldığı (50 km/saat), digəri isə yoldakı hərəkətin işıqforla tənzimləndiyini bildirir. Lakin hansı səbəbdənsə “Maksimal sürətin məhdudlaşdırılması zonasının sonu” işarəsi quraşdırılmayıb.Qeyd edək ki, ümumilikdə prospektdə maksimal sürəti 60 km/saat təşkil edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !