Nobel prospektində uzun tıxac

11:41 | 29.09.2014
Nobel prospektində uzun tıxac

Nobel prospektində uzun tıxac

Bakının Nobel prospektindən şəhərin mərkəzi istiqamətində səhər saatlarından etibarən böyük tıxac yaranıb.ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, tıxacın uzunluğu bir neçə kilometrə çatır.Yaranmış vəziyyətə səbəb “Azərsu” ASC-nin qeyd olunan yolun sağ kənarında apardığı təmir işləridir.“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Nobel prospektində Bakı Ağ Şəhər layihəsinin salınması çərçivəsində yeni yağış suları xətləri və kanalizasiya kollektoru çəkilir.“Layihə çərçivəsində 300 metrə yaxın kanalizasiya xətti və 300 metrə yaxın yağış suları xətti çəkiləcək. Bu işlərin həftə ərzində yekunlaşması planlaşdırılır. Tıxacın yaranmaması üçün işi qısa zamanda yekunlaşdırmağa çalışacağıq”, - deyə A.Cəbrayıllı qeyd edib.ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür