"Nokia” şirkəti "Nokia Moonraker” saatlarının istehsalı üzrə yarıdaqalmış layihənin reallaşdırılmasını bərpa edir.
"ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu yaxınlarda məlum olub ki, "Nokia” iki il bundan öncə "ağıllı” saat konsepti üzərində işləyib. Bu saatların dizaynı "Lumia” və "Windows Phone” ilə oxşar olub.
Məhsul satışa hazır olub və onun ilkin nümayişi "MWC 2014” konfransında baş tutub. Lakin biznesin "Microsoft” tərəfindən alınması nəticəsində layihənin reallaşdırılması dayandırılıb.
Hazırda "Nokia Moonraker”ə yeni həyat verəcək "Microsoft Band” fitnes-qolbağının təqdim edilməsi gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !